10/10
·192 syf.··
Beğendi
·
2024 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Nisan 2024 00:00
Salam. Bu gün milli ədəbiyyatımızdan çox gözəl bir əsər haqqında danışacam. Düzü, əsəri oxumadan öncə bu qədər təsir edəcəyini düşünməmişdim Əsərdə kənd həyatı, insanların düşüncəsi, adətləri göstərilir. İki ailə arasında müharibə çıxacaq bir vəziyyət yarananda ailə böyüklərinin sözün əsl mənasında öz böyüklüklərini göstərməsilə məsələnin həll edilməsinin şahidi oluruq Kitabda 1920-ci illərin siyasi vəziyyəti də göstərilir. Elə bir şərait yaranır ki, təkcə qaçaqlar deyil, onlara bir tikə çörək verənlər belə "vətən xaini" olaraq adlanırlar. Ən kiçik "səhv" belə güllələnmə ilə cəzalandırılır. Təəssüf ki, bunları edənlərin içində sapı özümüzdən olan baltalar da az deyildi Elə vəziyyət yaranmışdı ki, günahsız insanlar yurd-yuvalarından didərgin edilirdi. Qadınların, uşaqların vəziyyəti acınacaqlı idi. Oxuduqca o ağrıları onlarla birgə yaşayırmış kimi hiss edirdim Bu kitabı çalışın ki, mütləq oxuyasınız
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
·
43 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.