Puan vermedi·111 syf.····Okunma: 17 Kasım 2024 21:15 Kitabı oxuyarkən o qədər əsəb keçirdim ki. Bir insan nə qədər manipulyator ola bilər axı. Əslində kitabın adı xoşuma gəlmişdi. Düşünmüşdüm ki, Ledi Suzan möhtəşəm bir qadın olar, sonuçda "ledi"-dir axı. Lənət olsun, ətrafınızda belə insanların olmamasını arzu edirəm sizə. Amma yenə də nə olursa olsun, insanların gerçək üzü bir yerdə üzə çıxır. Kitabın məktublar şəklində olması , hadisələrin gedişini anlamağa əsla çətinlik törətmirdi, anlaşıqlı, sürükləyici idi və çatdırılması nəzərdə tutulan duyğu və düşüncələr ,hadisələrin gedişatı gözəl təsvir edilmişdi düşüncəmə görə.