Gönderi

10/10
·600 syf.··
Beğendi
·
2024 12. kitabı
·
6 günde okudu
·
Okunma: 31 Mayıs 2024 00:00
Kitabda ilk alleqorik dram - Çay dəsgahı, ilk tragikomediya - Ölülər, Qarabağ mövzusunda ilk pyes - Kamança və digər dram əsərləri, hekayələri, şeirləri yer alır C.Məmmədquluzadə əsərlərində dövrünün eybəcərliklərini əks etdirmişdir. Cəhalət, "din xadimlərinin" insanları aldatması, avam insanların fırıldaqçılara inanması, qadın hüquqsuzluğu, vəzifəli şəxslərin xalqa əziyyəti və s. mövzular çox gözəl şəkildə işlənmişdir Yazıçının ən sevdiyim dram əsəri "Ölülər"di. Əsərdə cəmiyyətin qanayan yaralarını elə gözəl təsvir etmişdir ki. Saxta din xadimləri, avam insanlar, hüquqları tapdalanmış qadınlar, zorla evləndirilən qızlar və bütün bunların o dövrdə dinlə əlaqələndirilməsi... İskəndərin monoloqu isə sanki o dövrün insanlarına vurulan bir şillə idi "Anamın kitabı" əsərini də çox sevirəm. 3 qardaşın fərqli ölkələrdə təhsil aldıqdan sonra xalqından, millətindən uzaqlaşdığını göstərir. Əsər dövrümüzlə də çox səsləşir. Elə insanlar var ki, fərqli ölkənin mədəniyyətini qəbul etdikdən sonra ölkəsinə, xalqına, dilinə xor baxır. Mənə görə, belə insanlar oxumuş cahillərdir Ən çox təsir edən əsər isə "Danabaş kəndinin əhvalatları" idi. Bir balaca vəzifəyə gəlmiş şəxsin etdiyi əməllər neçə-neçə insanın həyatını məhv etdi Ən sevdiyim komediya isə "Dəli yığıncağı" oldu. Xüsusən, sonu həm təəccübləndirdi, həm də təsirləndirdi Kitabı çox sevsəm də, yazılarının kiçik olmasını sevmədim. Amma müəllifin əsərləri mütləq oxunmalıdır
Seçilmiş ƏsərləriCelil Memmedguluzade · Bakı,Kitab Klubu Nəşriyyatı · 2017136 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.