Gönderi

10/10
·500 syf.··
2024 17. kitabı
·
10 günde okudu
·
Okunma: 20 Kasım 2024 23:55
Kitabın cildində də yazıldığı kimi, "ovsunlamaq gücünə malik olan, yaddaşlara hopan kitab". Bu zamana qədər oxuduğum ən gözəl əsərlərdən biri oldu. Yazıçı müharibə illərini və sevgini eyni anda o qədər gözəl təsvir edib ki... Oxuyarkən müharibə şəraitnin çətinliklərini, sevdiklərini itirməyin əzablarını iliklərimə qədər hiss etdim. Onlarla birlikdə mən də ağladım. Uzun müddət təsirində qalıb hüzünlənəcəm yəqin ki. Əsərdə adı keçən hər bir italyan musiqisi artıq playlistimdə də var. O qədər gözəldirlər ki... Xarakterlər: İannis həkim, Pelagiya, Antonio Karolli, hətta Karlo... artıq qəlbimdə daimi yeriniz var.
Kapitan Korellinin MandolinasıLouis de Bernieres · Yay Nəşriyyatı · 2017557 okunma
·
142 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.