4 il öncə oxuduğum Yağmurla Gələn kitabında yazarın qələmi ilə ilk tanışlığım olmuşdu və niyə kitabın demək olar ki, tanınmadığına çox təəccüblənmişdim. Eva virusu isə məni bu barədə daha çox heyrətləndirdi. Əsərin mövzusu həqiqətən çox yaxşıdır və duyğu yüklü olmağından əlavə, yazar sətiraltı olaraq cəmiyyətimizin əsas problemlərini çox ustalıqla oxucuya çatdırıb, deyə bilmədiyimiz bir çox şeyi yazıya töküb. Hər kəsə məsləhət görə biləcəyim bir kitabdır lakin bir mövzu var ki, müəyyən bir qisim kitabı sadəcə səthi oxuyacaq və hekayə onu kədərləndirib bəzən sevindirəcək, duyğusal* bir kitab olduğunu düşünüb çox bəyənəcək; digər qisim isə, cümlələrdəki 2-ci mənaları dərk edəcək və kitabı daha çox bəyənəcək, yazarın digər kitablarını oxumağa da marağı yaranacaq.
2-ci qisimdə olduğumu fikirləşirəm və digər Tural Atəş kitablarını mütləq oxuyacağımı qeyd edərək əslində xeyli uzadıb, təriflər yazmaq istədiyim təhlili sonlandırıram.
Eva VirusuTural Atəş · Yumruq Ədəbi Birliyi · 019 okunma