Romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər. Əsərin qəhramanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpaqların axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar.. Bəşər övladının ruhu da, əzabı da əbədidir. Cisim ölsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir. (Əsərdə ən sevdiyim sitatlardan biri)
Bu kitabda bəhs edilən yeddi tarixi şəxsiyyətin həyatı ilədə yaxından tanış olacaqsınız.