Sevdiyinə görə kitabları sevdi, sevgi bitdi kitablar qaldı.
Puan vermedi·517 syf.··
2024 19. kitabı
·
76 günde okudu
·
Okunma: 26 Kasım 2024 09:24
"O, yeni bir cənnət tapmamışdı ,köhnə cənnət isə biryolluq itirilmişdi." . Biz insanların bir xüsusiyyəti vardır; istədiyimizi əldə edənə qədər dayanmaq nədir bilmərik, lakin əldə etdikdən sonra geridə qalan sadəcə mübarizəmiz ,çəkdiyimiz əziyyət olar. Çünki bir müddət sonra bu mübarizənin sonunda əldə etdiyimizin heç bir dəyəri, qiyməti olmaz. . Martinin də əldə etmək istədiyi şeylər var idi. Lakin Martin Rufa çatmaq üçün istədiyi bu şeyin ,sonunda , həyatın özünə , onu var edən qüvvəyə çevriləcəyini ağlına belə gətirməmişdi... . . Gözlərini bağlamış sevgi pərdəsi aralandıqdan sonra Martinin həyatdan soyuması , insanların iç üzünə bələd olması , onların Martinə Martin olduğu üçün hörmət qoymadığına görə ikiüzlü adlandıraraq yavaş -yavaş uzaqlaşması, əvvəlki həyatı ilə sonrakı həyatını qarşılaşdırarkən dəyişən tək şeyin onun bankdakı pulları və şöhrətinin olduğunu başa düşməyən bir cəmiyyətdə yaşamağın mənasız olduğunu dərk etməsi və buna görə də daxilən əzab çəkməsi bəlkə də normal idi. . Əvvəlki həyatına qayıda bilməmək, yeni həyata isə "yapışa " bilməmək Martin İden üçün heç də yaxşı olmadı. Cek Londondan oxuduğum ilk kitab idi. Yazıçın "rəssamsayağı " yazılmış bir çox cümlələri biraz səbrimi sınamış ola bilər. Mənə görə çox diqqət çəkəcək bir kitab olmasa da maraqlı bir kitab idi.. . Oxuyacaq olanlara xoş mütaliələr.
1000Kitap
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,4bin okunma
·
126 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.