Yazardan oxuduğum ilk kitabdır. Bir oturuşda bütün kitabı bitirdim. Hadisələr sürətli cərəyan edir və sıxılmadan bütün kitabı bitirmək olur. Əsər iki şah qulluqçusunun Barsoğlu və Mirzə İmanın “Ədalət Divanı”na gələn məktubu araşdırmaq, ədaləti bərqərar etmək üçün yola düşməsindən, bu yolda başlarına gələnlərdən , müəmmalı qətl hadisələri və onların üstünün açılmasından bəhs edir. Kitabda xüsusi sevdiyim nüans isə ipək parçalar haqqında olan məlumatlar və gizli təşkilatlar idi. Yazarın kitabı ərsəyə gətirməsi üçün çox çalışdığı göz önündədir. Tarixi detallara xüsusilə Səfəvilər dövrünə marağınız varsa kitaba şans verməyinizi tövsiyə edirəm.