Salam hər kəsə
"Altı nömrəli palata" kitabı rus yazıçısı Anton Çexov tərəfindən qələmə alınan ən sarsıdıcı hekayələrindəndi məncə)
Kitabda çox maraqlı və üzərinə düşündürən fikirlər var. Yazıçının əsas məqsədi ictimai-fəlsəfi problemləri iti şəkildə işıqlandırmaq, cəmiyyətin günümüzdə də əsas problemi olan şəxsiyyət üzərinə zorakılığa və hörmətsizliyə qarşı çıxmaq, ədalət və haqqları uğrunda insanların mübarizə etməkləri kimi bir-birindən önəmli fikirləri izah etmək və fərqindəlik yaratmaqdır. Bundan başqa yazıçı insanların duyğularını ifrat dərəcədə yaşamağının zərərləri və balanslı olmağın önəmi, cəmiyyətin qınağı, fərqli olanı danmaq, azlığın (doğru olsalarda) çoxluğa tabe olması, önyarğı kimi mövzuları da işıqlandırmışdır.
Kitabı düşündürücü və bir o qədər də maraqlı edən isə bu mövzuları çox incə şəkildə və obrazların içərisində izah etməsidir deyə düşünürəm