Ah, bu kitab.. Məni məndən aldı. Kitabı indicə bitirdim və göz yaşları içində yazıram bunu hal-hazırda. Bir kitab düşünün sizə həyatın gerçəkliklərindən dərs keçir. Daha çox düşünmənizə, daha çox başa düşmənizə səbəb olur. Mənim 2 ay sonra 19 yaşım tamam olacaq və düşünürəm ki yaşamadığım bir çox insani hisləri bu kitab sayəsində yaşadım. Yazar bütün hisləri, bütün hər şeyi o qədər gözəl təsvir edir ki, valeh olmamaq mümkün deyil. Səni düşünməyə, hiss etməyə vadar edir. Kitabdan çıxardığım əsas nəticə isə budu, yaşa. Sadəcə bu. Bir dəfə yaşayırıq, bir dəfə də ölürük. Bəzən yaşadıqlarımız bizə elə hiss etdirir ki biz sanki əbədiyyən yaşayacağıq. Amma heç nə səni gözləmir. Zaman axır. Biz bu sözün ciddiyətini təəssüf ki başa düşmürük. Reallıq isə budur. Sən doğulursan, yaşayırsan, yaşlanırsan və ölürsən. Hə, ölürsən.. Və artıq bir çox şey üçün, hətta hər şey üçün gec olur. Yaşamağı sevən birisinizsə bu kitabı mütləq oxuyun, əmin olun sizə daha çox fərqindəlik qatacaq, yaşamağa, həyata daha çox bağlanacaqsız. Günəşə, aya, hətta boş səhraya belə möhtəşəm cümlələr yazılan bu kitabda sevməmək mümkünsüzdür.