·150 syf.··Beğendi
···Okunma: 15 Aralık 2024 21:23 "Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik."
Bu fikir İlyas Əfəndiyevin "Körpüsalanlar" əsərinin mahiyyətini əks etdirir. İnsanların dünyagörüşləri, məqsədləri və həyat tərzləri fərqli olduğu üçün gələcəyə baxışları da müxtəlifdir. Əsər yalnız bir körpü tikmək prosesini deyil, eyni zamanda insanları birləşdirən və onları ayıran dəyərləri, arzuları ifadə edir.
Bəzi insanlar burada Adildə və yaxud Səriyyədə günah olub olmadığını müzakirə edirlər. Mən elə fikirləşirəm ki əsər yazılarkən yazıçının məqsədi insanların əsəri oxuyub günah kimdədir deyə düşünməkləri deyil. Əsərdə gələcəyə fərqli baxışın insanlar arasındakı münasibətə necə zərər verəcəyi gostərilib. Səriyyə də Adil də mənim nəzərimdə müəyyən qədər səhvləri olsa da (hər bir insanın mənfi cəhətləri var və səhvlər edir) yaxşı insanlardır. Sadəcə olaraq bir-birinə uyğun deyillər, ayrı dünyaların adamlarıdır.