B612 planetindən gəlib, bizə dünyanın əslində necə bir yer olduğunu başa salan bu Balaca Şəhzadə, hər oxucuya fərqli hisslər bəxş etmişdir. Kitab təklik, dostluq, sevgi və itki mövzularına toxunur. Balaca şahzadə Yerdəki yaşadıqlarından danışır, öz kiçik planetində qoyub getdiyi heyrətamiz qızılgüldən, üç vulkanının olduğu həyatından danışır. O, vaxtını planetini qaydaya salmağa, kök salmağa və ətrafı doldurmağa davam edən baobab ağaclarını alaq otlarından təmizləməyə sərf edir. Özünü öz kiçik planetində bədbəxt hiss edən Balaca Şahzadə Kainatın başqa yerlərini kəşf etmək və təcrübə etmək üçün uzaqlara uçur.Bir neçə başqa asteroidi ziyarət etdikdən sonra bir çox qəribə böyüklərlə tanış olur: kral (ulduzları idarə etdiyini düşünən), iddialı bir adam(başqaları tərəfindən heyran olmaq istəyən), sərxoş(içməkdən utandığını unutmaq üçün içki içən), iş adamı(daim ulduzları sayan, onların çoxuna sahib olduğunu düşünərək daha çox almaq istəyir), çıraqçı(sözünə sadiq qalaraq, hər dəqiqə fənəri yandırıb söndürən)və coğrafiyaşünas(səyahətçilərin hekayələrini kitaba yazır, amma heç vaxt özü səyahət etməz). Coğrafiyaşünasın məsləhəti ilə Kiçik Şahzadə Yerə baş çəkir və əsər, Səhra Çölünə düşən bir pilotun Balaca Şəhzadə ilə qarşılaşması ilə başlayır. Balaca Şəhzadə burada digər obrazlarla da tanış olur və onlarla ünsiyyət quraraq bir çox vacib şeyləri öyrənir.