Gönderi

Puan vermedi·420 syf.··
Beğendi
·
2024 58. kitabı
İnsan taleyi hər zaman tarixin dərinliklərində böyük güclərin sərt zərbələri ilə üzləşib. Bu kitab isə məhz həmin zərbələrdən doğan bir qadının sükutla basdırılmış fəryadını qələmə alır. Eyni zamanda, bu əsər bütün çətinliklərlə üzləşən qadınların dilindən yüksələn bir fəryaddır. Sanki, kitab bütün əziyyət çəkən qadınların hisslərini ifadə edir. Oxuyarkən bütün hissləri yaşadım. Bu kitab sadəcə bir qadının həyatını yazan roman deyil. Cəmiyyətin,millətin,insanlığın güzgüsüdür. Mənsumənin həyatı sadəcə onun yaşadığı qatı İran cəmiyyətini deyil həm də dünya üzərində haqqları tapdalanan və milyonlarca qadının boğazında düyünlənib qalan harayı təsvir edir. Qadın susmalıdır! Qadın danışa bilməz! Bəs niyə? Qadınlarınızı qoruyun! Bəs kimdən? Qadınları döyün! Niyə? Qadın gülə bilməz! Bəs ağlaya bilər? Qadın əylənə bilməz! Çünkü əxlaqsızlıqdır? Bəs Kişi fahişə ilə yata bilər! Bəs o fahişə qadın deyil? Kişi xəyanət edə bilər! Bəs qadın niyə edə bilməz? Qadın qısa geyinməz! Səbəbi nədir bunun? GEYİNMƏZ! Mühafizə,mühafizə,mühafizə! Ancaq, nəyi mühafizə etdiklərini bilmirlər. Qadını mühafizə edirlər, amma qadını kişiyə qarşı mühafizə edirlər. İranda bir qadın gəlib polisə filan "kişi" mənə təcavüz etdi deyə şikayət edəndə və həmin adam saxlanılanda, məlum olur ki həmin "kişi" 30 nəfərdən çox qadına eyni hərəkəti edib. Bəs hanı bu qadınlar? Niyə susublar? Niyə qanadlarını qırıb oturublar? Çünkü qadın haqqını tələb edə bilməz! Qadın danışa bilməz! Axı əxlaqsızlıqdır danışmaq. Bəs qadın təcavüz olunduğunu gedib polisə desə, qürurunu müdafiə etsə camaat nə deyər? Axı, ailəsi biabr olar! Atasının papağı yerin altına girər. Olmayan qeyrəti ayağ altına alınar. Necə baxar camaatın üzünə? Hə, bax ona görə də qızının qüruru,hissləri,göz yaşları onun üçün önəmli deyil. Əsas cəmiyyətdir! Və onlar məmnun olmalıdır. Həqiqətən, bu dünyada kim nədən dəm vurursa ondan əziyyət çəkir. Bu "insanlar" da namusdan dəm vurur hər zaman. Qadına təcavüz olunub öldürüləndə əyilib donunun nə qədər qısa olmasına baxırlar, yaralarının dərinliyinə baxmırlar! Başının daşla əzildiyinə fikir vermirlər. Əgər qısa geyinibsə günahkar olan qadındır! Hətta, ölmüş olsa belə. Ədalət heç vaxt olmayacaq. Özlərinin yaratdığı "ədalət" də bizim istədiyimiz ədalətlə qətiyyən uzlaşmır. İnsanlar hər gün daha da vəhşiləşir! Cinsi istismar,qadın alveri,qadın cinayəti durmadan artır. İndi bunun qarşısını heçnə ala bilməz. Nə din, nə də saxta ədalət. Amma, nə qədər ki, ümid var həyat da var. Mərhəmətli və insanlığını itirməyən insanlar hələ də var. Və buna görə yaşamağa dəyər. Bir gün dünyadakı əziyyət çəkən bütün qadınların həyatına parlaq günəş doğacağına inanıram. Bir gün boz,qara kütlənin yox olub gedəcəyinə, və dünyanın mərhəmət,sevgi,səmimiyyət,ədalət,dostluq üzərində qurulacağına inanıram. ƏDALƏTİN OLDUĞU HƏR YER MƏNİM VƏTƏNİMDİR! Amma, hələ ki, vətənsiz qalmışam.!
1000Kitap
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,403 okunma
·
226 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.