Seçilmiş Əsərləri kitabında amerikalı yazıçı Cerom Devid Selincerin 1 romanı, 2 povesti və 9 hekayəsi yer alır. Bunlardan "Çovdarlıqda uçurumdan qoruyan"ı daha öncə "Qanun" nəşriyyatından oxuduğum üçün təkrar oxumadım. Qalan əsərlərdə isə heç bir normal süjet xətti, bədii quruluş, eləcə də məna tapa bilmədim.
Selincerin üslubunu "Çovdarlıqda uçurumdan qoruyan" romanı ilə bəyənsəm də, bu kitabı oxuyandan sonra fikirlərim 180 dərəcə dəyişdi. Kitabdakı povest və hekayələr çox bəsit, xaotik və anlamsız quruluşa malik idi. Elə bu səbəbdən də, dəyərləndirmə zamanı 1 roman və 1 hekayə istisna olmaqla, digər bütün əsərlər çox aşağı xallar aldı:
1. "Çovdarlıqda uçurumdan qoruyan" (roman) — 7.6
2. "Teddi" (hekayə) — 7.2
3. "Dülgərlər, qaldırın taxtabəndləri" (povest) — 4.8
4. "Domye-Smitin mavi mövsümü" (hekayə) — 4.4
5. "Güləyən adam" (hekayə) — 3.4
6. "Fenni" (povest) — 2.4
7. "Banan balığının asan ovlanan günü" (hekayə) — 1.8
8. "Esmeyə — həm sevdalı, həm də murdar" (hekayə) — 1.2
9. "Pənbə göyçək dodaqlar və o yaşılı gözlər" (hekayə) — 1.0
10. "Topal dovşanın Konnektikat səfəri" (hekayə) — 0.8
11. "Eskimoslarla müharibədən azca qabaq" (hekayə) — 0.4
12. "Qayıqda" (hekayə) — 0.4
Kitab üçün ümumi dəyərləndirmə xalım: 3.0