·228 syf.··Beğendi
···Okunma: 29 Aralık 2024 22:48 Hər hansısa psixoloji,motivasiya kitabı oxumaqdansa bu kitabı oxumaq daha faydalıdır.Suzuki kitabın girişində,İngilis şairi Tennisonun və yapon şairi Başonun şeirləri ilə elə gözəl şərq və qərbin fərqli xüsusiyyətlərinə həm psixoloji,həm də sosiologiya elmi baxımından mükəmməl bir baxış tərzi qoyur.Dzen Buddizmi daxilimizdəki "Mən"-in dünya ilə bütövləşə bilərək,eqonu tərbiyyələndirməyi hədəfləyir.Erix From mükəmməl zəkası ilə Freydin libido nəzəriyyəsinin təməllərini inkar etsə də,onun açdığı cığırdan istifadə etməklə "Eqo"-un "İd"-dən ayrılmasını məhz dzen buddizmin güddüyü məqsədlə eyniləşdirir.""Çiçək nə üçündür?"-kimi sualı,"çiçək,elə çiçəkdir"kimi cavablandırmaq dzen buddizmidir.Hər şeyi olduğu kimi qəbul edib,subyektiv yanaşmada obyektiklə müəyyən mənada birləşmək.Kitabda mükəmməl cümlələr var.Çox gözəl kitab idi,hər kəsə şiddətlə tövsiyyə edirəm.