Yeri gəlmişkən,yuxular haqda.Belə qəbul olunub ki,adətən, gecələr yuxuna girən sizə gündüz,ayıq vaxtı güclü təsir etmiş şeylər olur.Mənim isə müşahidələrim bunun əksinə dəlalət edir.
Dəfələrlə fikir vermişəm ki, gündüzlər zorla sezdiyim şeylər,fikirlər,diqqətdən kənar qalmış boğazdan yuxarı sözlər gecələr ətə-qana gəlib qayıdır və onlara qarşı gündüz göstərilən diqqətsizliyin cəzası kimi,yuxuların mövzusuna çevrilir.