Dedim:eşqində əsirəm,könül istər səni canan,
Dedi:sevsən məni ömrün,olacaqdır qara hicran.
Dedim:ey gül ürəyimdə,açılırsan günü-gündən,
Dedi:çeşmindən axan qan,sənə müjdə! Gülü-xəndan.
Dedim:ahım göyə çıxmış,dönürəm məcnuna dəm-dəm,
Dedi-Leyli qəmi ifşa,eləməz saxlasa pünhan.
Dedim:eşqin mənə qismət eləməz vəslini yarım,
Dedi:səbr etməsən olmaz,məkanın cənnəti-rizvan.
Dedim:ulduz üzün ilə gözümün sayəsi şəmdir,
Dedi:var mən də gözəllik,ama aləm sənə heyran.
Dedim:o kiprikin üstə,ürəyim şamu-səhər qan,
Dedi:heç sevdiyinin yar,eləyər çeşmini giryan?
Dedim:etmiş həlak ey gül,məni qəmzən axı rəhm et!
Dedi:bülbüllərə xoşdur,eləsin hər zaman əfqan.
Dedim:aləmdə məsuddur,neçə aşiq ilə məşuq,
Dedi:dilşadlığı qismət,bizə etmir qoca dövran.
Dedim:ey sevgili dildar,sənə nisar ola canım!
Dedi:insandan olarmı,axı heç insana qurban!