Bu kitabı gec oxuduğuma təəssüflənir, eyni zamanda çox sevinirəm. Kitab hər hadisədə “Məmnunluq oyunu” oynayan Poliannadan bəhs edir. Polianna ata və anasını itirmiş və xalasının onu himayəsinə götürməsi ilə yaşadığı yeri dəyişir. Poliannanın Xalası isə onun əksinə olaraq, qəddar, hər şeyə neqativ yanaşan, heç vaxt ailə yatı qurmayan, lakin maddi vəziyyəti çox yaxşı olan bir qadındır. Poliannanın hər şeyə Pozitiv baxması, təkcə onun xalasının yox, beten Poliannanı tanıyan insanların həyatını dəyişir. Məncə kitab böyük bir mesaj verir - HƏR ŞEYƏ ŞÜKÜR EDƏ BİLMƏK