·64 syf.··Beğendi
···Okunma: 30 Aralık 2024 20:48 Bu əsərin mənə bu dərəcədə təsir göstərəcəyini gözləmirdim. Poprişçin Martin İden kimi, Holden Kolfildlər kimi az-az rastlaşdığımız real həyatla (yazıçı ilə) bağlılığı olan, bizə daha çox təsir göstərən obrazlardan biridir. Poprişçin sevgiyə, sayğıya (Maslow piramidasındakı ilk pillələr) olan ehtiyacı ödənilməyən, ağır sinifi parçalanmanı iliklərinə qədər yaşayan bir obrazdır. Biz onun simasında ruhi xəstələrə göstərilən ağır münasibəti də görürük. Yekdilliklə deyə bilərəm ki, bu əsər mənim üçün 2024-ün ən təsiredici əsəridir. Ölüm uzaqdaykən bu əsəri oxumağınızı sizə məsləhət görürəm.