"Dərd də azar kimi gələndə batmanla gəlir"
Kitabdakı hadisələr üç dövrlük xətt üzrə getsə də, bu roman mübaliğəylə desəm, bütün Azərbaycan tarixini, bugününü, hətta sabahını özündə birləşdirən bir əsərdir. Azərbaycan ədəbiyyatının ən yaxşı romanlarından biri, bəlkə də birincisidir. Ona görə yox ki, kitabın üstündə "ən yaxşı Azərbaycan romanı" yazılıb, ona görə ki, Azərbaycanın dünəni, bugünü və çox güman ki, sabahı da elə bu romanla yazılıb. Çünki bütün bu hadisələr var, olub və təəssüf ki, olacaq. Sadəcə şəkli dəyişəcək, adı dəyişək, əmr verəni, icra edəni dəyişəcək. Romanda da tez-tez işlədilən bu cümlə kimi “Tfu sənin hərçi-pətərinə, belə dünya!..” deməyi gəlir adamın. Master və Marqarita əsərini də xatırladır yerbəyer. Əsərdə diqqət çəkən məqamlardan bəzilərini qeyd etmək istəyirəm:
Ölüm;
Yuxu;
Xalq danışıq dili;
Repressiyalar;
Qacar işğalı;
SSRİ dövrü;
Güman ki, 80-ci illər;
Mistik Kirlikir obrazı;
Baba Kaha obrazı;
Canavar obrazı.
Bunların hamısı haqda ətraflı danışmaq fikrim yoxdu. 1990-cı il istehsalı filmini də izləməyi məsləhət görürəm maraqlananlara. Youtube-da axtarıb tapmayanda özüm yükləmişdim vaxtilə. youtu.be/ZU7bvCYyCmE?si=...
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014161 okunma