Gönderi

Puan vermedi·264 syf.··
2025 1. kitabı
·
24 günde okudu
·
Okunma: 04 Ocak 2025 16:03
Kitabı oxuyub, bitirəndən sonra üzərimdə bir susqunluq hakim oldu. Bitməsini istəmədiyim bir hekayənin tənəzzülü fərqli hiss etdirdi. İnsan əsərin daxilinə doğru o qədər çəkilir ki, bəzən doğru olduğunu düşünmədiyin şeyləri belə qəbul etmək istəyirsən. Oscar Wilde'n da öncəliyi budur deyə düşünürəm. İnsan psixologiyasının dərin qatlarına enirsən və yanlış yollar sənə elə cəlbedici görünür ki. Bunu da qəbul edirsən. Dorian Grayin etdiyi bütün pis əməllərin içinə enirsən və onun manipulyasiya cərəyanı boyunca axırsan. Bilirsən ki, bu axın səni sona aparacaq amma yenə də davam etmək, öyrənmək istəyirsən. Böyük bir ehtimal ilə bir müddət mənim beynimdə dolaşacaq bir əsər olacaq. İnsan üzərində təsiri danılmazdır. Henry, ah Henry sən Goethe'nin Mefistofeli idin Dorian üçün. Onun qəlbindəki "boşluğu" görmüşdün və sonunun nə ilə nəticələnə biləcəyini diqqətlə izləyirdin. Henrinin fikirləri o qədər Mefistofelə yaxın idi ki.. Əsas xüsusiyyət budur ki, sən vicdanın və onların düşüncələri ilə baş- başa qalırsan. Yanlış düşüncələr sənə hava, su kimi mümkün görünür amma içində bir cızıltı (vicdan səsi) sənə bunun düzgün olmadığına inandırır. • Dorian bizim hal-hazırda olduğumuz cəmiyyətin prototipidir. Hər birimiz gözəllik düşkünüyük, gözəl olan hər şeyi əldə etmək istəyirik. Anlayanda ki, ona yaxşı davrana bilməyəcəyik onu heç sevməmiş, onda dəyər tapmamış kimi buraxırıq. •Henry isə bizim içimizdə bizi kəmirəm, üzə çıxmağı bacarmayan amma bir çox hallarda bizə komandanlıq edən qaranlıq tərəfimizdir. Hər kəsin içində bir Henry var. Hər kəsin içində qatil potensialı daşıyan biri var. Yalnız onu basdıra bilənlər həyatda özlərinə işıq tapırlar. Yazarın kübar cəmiyyəti ilə cani təbəqəsini qarşılaşdırması və kübar cəmiyyətindəki reallığı göstərməsi çox yaxşı idi. Çox bəyəndim, mütləq oxuyun, amma qəlbinizə məhkum etməyin. İçinizdə bir Henry yaratmayın : D “Dünyadaki büyük olaylar insan beyninde oluşur derler. Dünyanın büyük günahları da beyinde, sadece orada oluşur.”
Dorian Gray'in PortresiOscar Wilde · Kapra Yayıncılık · 202098,9bin okunma
·
432 Gösterim
1 Yorum
İnsan silkələyən əsərlər içərisində özünəməxsus yer tutan roman. Yaxşı analizdir, oxumaq istədiyim kitablardandır, bundan sonra mütləq alacam.
Nəzrin Fərhadlı
Gönderi Sahibi
ZaurZaur 😂😂 ha ha (şüphəli)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.