Puan vermedi·212 syf.··
2025 1. kitabı
Elxan Elatlının oxuduğum və ən sevdiyim kitablarından biri Seçilmiş Cəzadır.Kitab qısa olmasına baxmayaraq o qədər gözəl yazılmışdı ki... Ümumiyyətlə Elxan Elatlının yazım dili asandır.Hər oxucunun rahat oxuya biləcəyi dildə yazır. Seçilmiş cəza da yenə rahat dildə yazılmış kitab idi ancaq mövzusu məni o qədər özünə cəlb etdi ki,az az oxuyurdum tez qurtarmasın deyə. Kitabdakı mövzular çox gözəl işlənmişdi və sonu gözlənilməz idi.Kitabın sonunu axıra kimi dəstəkləyirəm. Kitabı yarıladıqda ismin kitabın mövzusuna dəxli yoxdur,nə üçün belə qoyub adını və s. kimi düşüncələrdə oldum amma sonun oxuyanda dedim budur. Kitabın son bölməsinə kimi heç nə bilməyəcək və anlamayacaqsınız.Sonun oxuyanda isə kiçik bir şok keçirib, minimum 1 həftə unuda bilməyəcəksiniz. Bilmirəm bəlkə də çox abartdım, amma ,məndə belə olmuşdu. Ümid edirəm fikrimi çatdıra bilmişəmdir.
1000Kitap
Seçilmiş CəzaElhan Elatlı · Teas Press · 0613 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.