Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Cani Öz Cəzasını Bəzən Özü Seçir

Seçilmiş Cəza

Elxan Elatlı
Bakıda, çoxmərtəbəli binaların birində yaşayan orta yaşlı kişi həyat yoldaşının işə getmək üçün evdən çıxdığı səhər saatlarında, öz mənzilində qəddarcasına qətlə yetirilir. Bəli, bu qətlə yalnız belə ad vermək olardı, çünki mərhumun üz və kəllə hissəsi küt bir alətlə parçalanıb tanınmaz hala salınmışdı. Nafiz adlı bu adam kimi bu qədər qəzəbləndirmişdi? Ondan borc pul istəyən və heç nə ala bilməyən qaynını? Ondan aldığı pulu qaytarmadığı üçün təhqir etdiyi qonşusunu? Hər gün söyüb yamanladığı arvadını? Kimi? Cinayəti araşdırmaq təcrübəli müstəntiq Nüsrətova tapşırılır. Eyni zamanda, mərhumun qonşuları müstəqil cinayət-axtarış eksperti Qanbay Qasımlını da bu işə cəlb edirlər. Əslində, bu romanın süjeti iki bacarıqlı hüquqşünasın – müstəntiq Nüsrətovla polkovnik Qasımlının qeyri-rəsmi yarışması üzərində qurulub. Qasımlı bu yarışda nədənsə məğlub olur... Ya da məğlub olmağı seçir... Müstəntiq işi yekunlaşdıran kimi Qasımlıya zəng vurub öz qələbəsi ilə qürrələnir. Lakin məşhur xəfiyyə bundan heç də pərt olmur, çünki onun üçün ilahi ədaləti bərqərar etmək şan-şöhrətdən daha üstündür...
Yazar:
Elxan Elatlı
Elxan Elatlı
Tahmini Okuma Süresi: 6 sa. 0 dk.Sayfa Sayısı: 212İlk Yayın Tarihi: 2013Yayınevi: Teas Press
ISBN: 9789952563139Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
212 syf.
9/10 puan verdi
Kitabın sonluğu, sözün əsl mənasında "wow" dedirtməyi bacardı. Ortalarda elə təəssürat yaranır ki, qatil bəllidir, amma sonu çox gözlənilməz olur. Kitabın adının mənasını oxuyub bitirəndən sonra anladım. Qanbay Qasımlının zəkasına və ədalətinə heyran olmamaq əldə deyil. Bu, Elxan Elatlıdan oxuduğum 3-cü kitabdır, onun qələmini, şok sonluqlarını çox bəyənirəm. Bu da növbəti oxunmağa dəyər bir kitabdır. 8.5/10
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Teas Press · 0451 okunma
Reklam
212 syf.
·
Puan vermedi
·
3 günde okudu
Ümumillikdə onu demək istərdim ki, Elxan Elatlı çox da qəliz gedişatlı əsərlər yazmasa da , həmişə axıcılığı olan əsərlərin müəllifidir. Xəstə ruhlar , Eksperiment kitabları müəllifin ən bəyəndiyim kitablarındandır. Bu kitaba gəldikdə isə onu deyə bilərəm ki kitabın 3/4 hissəsini çox könülsüz oxudum və çox primitiv yazıldığını düşündüm amma kitabın sonuluğu məni çaşdırdı.
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Teas Press · 0451 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
Kitabı 2 yıldır ki okumuş bulunuyorum. Aklımda yalnızca olayların akışı ve sonuç kaldı. Karakterlerin isimlerini sorarsanız hiç birini hatırlayamam. Kısaca aklımda kalanlardan özet geçmem gerekirse: Elhan Elatlı`nın yaratdığı Kanbay Kasımlı adlı detektivi var. Çok az konuşan, insanlarla pek içli dışlı olmağı sevmeyen, her kesin pek sevemeyeceği karakter. Yine onun işi araştırmasıyla olayların içine giriyoruz. Bir aileye gece misafir geliyor. Ve her şey bundan sonra başlıyor. Akşam iş dönüşü kadın eve gelince kocasını kapının önünde ölmüş görüyor.(Çok feci bir şekilde.) Misafirse ortalıklarda yok. Misafirin kim olduğunu da sorarsanız kocası ölen kadının erkek kardeşi... Kanbay Kasımlı ve polisler olayları araştırmağa başlıyor. Haliyle de detektiv ve polis arasında çekişmeler de yaranıyor. İşin içine bi de yan komşular karışınca cinayet esrarengiz hal alıyor. Seçilmiş ceza ne demek derseniz? Sonu hiç ummadığınız şekilde sonuçlanıyor derim. Spoiler vermek istemiyorum ama okursanız çok şaşırıp, yazarın düşünce tarzına hayran kalacağınıza eminim.
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Elgün · 2013451 okunma
256 syf.
10/10 puan verdi
Bu kitap süperdii. İlk başlarda isminin neden "Seçilmiş ceza" olduğunu anlamamıştım. Ama bitirdikten sonra anladım. Sonu hiç tahmin etdiğim gibi bitmedi. Muhteşemdi bence. Qanbay Qasımlı gerçekten çok iyiydi. Yaptığı herşeyi hayranlıkla okudum. Acayip anlamlı bir kitaptı bence. Sonuda fazlasıyla anlamlıydı. Eğer Azerbaycanca biliyorsanız ve dedektif roman seviyorsanız mutlaka okumalısınız.
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Elgün · 2013451 okunma
Reklam
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Ayda bu kitab necə maraqlı idi... Sonuna kimi maraqla oxuyub,maraqla sonuna çatmışdım. Və sonu məni yetərincə şok etmişdi o zamanlar Amma indi anlayıram ki,bu ölkədə niyə xəfiyyəlik qeyri-qanuni sayılır. Qanuni olsa, heç nə əvvəlki kimi olmaz. Xəfiyyələr də Qanbay müəllim kimi olsa,heç nə əvvəlki kimi olmaz...
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Elgün · 2013451 okunma
256 syf.
·
Puan vermedi
Kitabı yarısına kimi artıq hər şeyin məlum olduğunu düşünürdüm,lakin elə olmadı və kitab gözləmədiyim bir sonluqla bitdi. Qanunlar sadəcə kağız üzərində olmur, qanun bizi bağışlasa da vicdanımızın bağışlamadığı anlar olur. Fərman etdiyi suç qarşısında öz cəzasını seçdi və taleyi ilə barışmalı oldu. Hər kəs etdiyi əmələ görə cəza alırlar, Fərman azadlıqdan məhrum olması ilə, Nafiz canı ilə, Nəsrin isə bir ömür boyu çəkəcəyi vicdan əzabı ilə ödəcəyək.)
Seçilmiş Cəza
Seçilmiş CəzaElxan Elatlı · Elgün · 2013451 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.