Puan vermedi·128 syf.··
2025 1. kitabı
·
30 günde okudu
·
Okunma: 08 Ocak 2025 13:16
Təxminən, 5 ya 6 il öncə qarşıma çıxmışdı "Etiraf" əsəri. O kitab haqqında oxuyarkən ağlımdan ilk keçən fikir bu olmuşdu ki, bir insan necə ola bilər ki özünün bütün mənfiliklərini, çatışmayan cəhətlərini, ümumilikdə özünün necə biri olduğunu bu qədər açıq-açığına etiraf edə bilər. Yadımdadır, o vaxt 5, 6 kitab oxuyurdum paralel olaraq və "Etiraf"a da başladım. Amma nədənsə davam edə bilmədim. Neçə ildir o kitabı oxumağa cəhd etmirdim. Bir neçə gün öncə oxudum. Və Tolstoy dühasını bir daha aydın anladım. Bu adamın yazıçılığına "Dirilmə" əsərində heyran olmuşdum. "Etiraf"da isə bu heyranlığım daha da artdı. "Etiraf" Tolstoyun hərtərəfli etiraflarının cəmləşdiyi bir əsərdir. Kitabın başlanğıcında yazıçı həyatının əvvəlki dönəmləri haqqında məlumat verir. İnancının necə darmadağın olması, tamamilə yox olması haqqında danışır. Amma illər sonra, heç özü də anlamır bu necə baş verir, o başa düşür ki, nələrsə doğru deyil, nələrsə yolunda getmir. Daxili iztirabları, narahatlıqları başlayır. O bu get-gedə güclənməkdə olan iztirablarının səbəbini axtarır və anlayır ki, artıq inancsızlığı ona əzab verməyə başlayıb. İnancsızlıq və bundan əlavə sorğu-sualları onun daxili böhranını gücləndirir. Və o çıxış yolu axtarmağa başlayır. Bu çıxış yolu üçün hər şeyə baş vurur. Kitablar oxuyur, müxtəlif insanlarla söhbət edir, onların fikrini öyrənir. Amma bunların heç biri onu mənəvi olaraq sakitləşdirmir. Çünki sualları hələ də cavabsız qalırdı. Həyatının müxtəlif dönəmlərində o gah inanclı biri olur, gah inancsızlaşır, gah da ümumiyyətlə neytral olaraq qalır. Lakin daxili narahatlıqları həmişə olur. Əvvəllər ona şübhəsiz doğru kimi görünən şeylərin əslində yalan olduğunu, insanların da bütövlükdə bu yalanlara inandığını, bunu öz doğruları olaraq qəbul etdiyini gördükcə daha da ümidsizləşir. Hər kəsdən, hər şeydən üz çevirdiyi, həyata ümidsiz baxdığı, sonra isə birdən-birə mənəvi rahatlıq içərisində olduğu zamanlar bir-birini əvəz edir kitab boyu. Amma əsər sonda nikbin bitir. Və obrazın-yazıçının gəldiyi son nəticə inanılmazdır. O nəticə hissəsi bütün əsərin məğzini əhatə etmək bir yana, zaman-zaman bir çox insanı məşğul edən suallara sanki bir "cavab" olur.
Edebiyat
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,3bin okunma
·
139 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.