·432 syf.··Beğendi
···Okunma: 08 Ocak 2025 00:57 2025-in ilk kitabı ilə qarşınızdayam.
Mən kitabı çox bəyəndim. Mövzudan daha çox oxunması zövqlü bir kitab idi mənim üçün. Oxuduğum müddətdə kitabın məndə yaratdığı hiss: Sanki, illərdi görmədiyim, danışmadığım, amma mənə çox yaxın olan dostumla bir evə çıxmışam və o da bütün bu görüşmədiyimiz müddət ərzində həyatında baş verənlərin hamısını mənə danışır. Ümumi olaraq, tələbə həyatı, tanışlıqlar, dostluqlar, sevgilər, münasibətlər, yalnızlıqlar, intiharlar və s. bunlardan bəhs olunur. Spoiler vermək istəmədiyim üçün ümumiyyətlə mövzudan danışmaq istəmirəm. Kitabda əsas sevdiyim 2 obraz oldu Midori və Reyko. Midorinin hər şeyi uclarda yaşaması, Reykonun isə anlayışı, ağır mövzuları qəbullanış şəkli və araya zarafatlar qataraq danışığı xoşuma gəlirdi. Düzdü kitab irəlilədikcə, hətta əsasən də sonlarda Vatanabe(əsas qəhrəmanımız budu qaqaşdı) və Reykonun bəzi hərəkətlərinə anlam vermək mənim üçün çətinləşdi, amma yenə də 10 üzərindən 10 bal verdim kitabın mənə hiss etdirdiklərinə. P.S. Bu mənim duygu dururmumla da bağlı ola bilər yəni.
Kitab əsasında çəkilmiş filmə də baxdım amma filmi çox da sevmədim düzü. Yəni kitabı oxumamış baxan olsa heç nə anlamaz. Çox yavaş, sakit (Yaponlar əsasən çoxlu düşünürlər sonra da max 1 cümlə deyirlər, ona görə də, film ekstra sakitdi) irəliləyir film və bir çox mövzuya toxunulmayıb. Bu qədər bəyənməməm mənim türkcə dublajla baxmağımdan da asılı ola bilər. (Yapon və koreya filmlərinə öz dilində baxmayanda nəsə əksikmiş kimi hiss edirəm.) Amma aktyorları məncə qəşəng seçmişdilər. Bir də kitab və filmdə ən çox sevdiyim mahnı seçimləri idi. 3nü seçmişəm bu ara ancaq onları dinləyirəm
The Beatles - Norwegian Wood
The Doors - People Are Strange
CAN - Mary, Mary So Contrary
Məndən bu qədər. Xoş mütaliələr