Birinci bölümü çox maraqlı, axıcı getdi. Adamın ağlı eləcə orda qalır ki, nə olacaq, necə olacaq. İkinci bölümünü heç belə gözləmirdim. O qədər dərin, o qədər detallı birinci bölümün altını doldurdu ki, tüklərim biz-biz olurdu. Birinci tək olsaydı, yenə qəşəng olardı, amma ikinci bölümdəki detalları o qədər gözəl, o qədər incə idi ki. Ancaq dahi biri bu cür əlaqələndirə bilərdi. Gogol qəlbimdə çox gözəl yer tutur. Oxuyun, oxutdurun. 10/10