Gogolun hadisələri bir-birinə bu şəkildə bağlaya bilməsi adamı ən çox impress edən tərəfidi ümumiyyətlə. Portreni dəhşət çox bəyənmişdim, tam 10/10 idi, onda görə buna 9 verəcəm, çox qəşəng olsa da, mənim üçün Portre >>>. Ümumilikdə fərqli bir şey idi, kiminsə günlüyünü oxuyursan, həmin insan dünyanı tamam fərqli görür. Dəli deyib insanları bir yerə tıxırıq, amma dəli dediklərimizin sayı daha çox olsa idi, onlar bizi tıxacaqdı. Anyway çox olan, üstün olan daha “düzdü”. Bu cür olan bir insanın gözündən dünyaya baxmaq çox qəribə hiss etdirdi. Onlar üçün də sağlam bir cəmiyyətin formalaşması diləkləri ilə :(