Ümumilikdə axıcı gedir, maraq oyandırır. Sonu məni şaşırtmadı, biraz havada qalır, özün tamamlamalısan. Yemelyanı yaşlı-başlı biri olaraq yazsa da, xəyalımda həmişə gənc oğlan kimi canlandı. O saflığı, əsla dərs çıxarmaması, dürüst ola bilməyəndə depressiyaya düşməsi, hər biri saf, gənc bir insanı anımsatdı mənə, ona görə də onu beynimdə gənc biri olaraq canlandırdım. Pəncərənin qabağında səssiz-səssiz içinə ağlaması qəlbimi ən parçalayan hissə oldu. Ümumilikdə, axıcılığı, mətnin özü qəşəng idi, amma sonu ürəyimə yatmadı.