Gönderi

9/10
·88 syf.··
2025 2. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ocak 2025 00:12
Mimar Sinanı,əsərlərini tanıdıqca onun düşüncəsinə,zəkasına və biliyinə heyran olmamaq əldə deyil.Həyatda etdiyi işləri ilə əsla təkəbbürlənməyən,yaşadığı dönəmin irəlisində işlərlə önə çıxmağına baxmayaraq,daim təvazusu ilə tanıdıb özünü.Allah'a olan təvəkkülü,imanı,səbrlə hərəkət etməsi bizlərə bir dərs verir.Memar Sinanın gördüyü işlərdən əlavə xalqın haqsızlıqlarına belə ağılla verdiyi cavablar məndə gözəl təəssüratlar oyatdı.Tək gayəsini öz cümlələri ilə belə ifadə edir:"Ümit ederim ki kıyamete kadar gayret ve çalışmalarım unutulmaz ve yaptığım eseler yıkılsa bile bu anıları okuyanlar,beni hayırdualarından unutmaz." ALLAH ondan razı olsun,amin Mən Süleymaniye Camii kimi məscidlərdə namaz qılmaq şansı olan insanlardan olmaq istəyərdim.İnşallah ki,bu xəyalım gerçəkləşər. Bu kitabdan götürdüyüm dərs nə oldu desəniz"həyatın gayəsini,məqsədini bilib sevdiyim işi haqqıyla etməli olduğumu,axirətim üçün faydalı işlər görməm gərəkdiyini,işimi sevgiylə edərsəm,faydalı olacağını və o zaman yorulmayacağımı" anladım.Yoxsa kitabın sonundakı əsərlərin siyahısına baxıbda insan onları saymağa belə yorularkən,bir neçə il ömürə bu qədər işin sığmasındakı bərəkəti anlamaq çətindir.Demək ki,bir işi görərkən orda Allah'ın rızasını umursansa o iş bərəkətli,feyzli olar. Mimar Sinan - Yaptığın İşi Gönlünde Hissedersen Irmaklar Çağlar İçinde
Hayata Dair
Mimar Sinan - Yaptığın İşi Gönlünde Hissedersen Irmaklar Çağlar İçindeTuğba Sarıünal · Destek Yayınları · 2021555 okunma
·
42 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.