·344 syf.··Beğendi
···Okunma: 13 Ocak 2025 03:55 Bu əsər xaricdə də çox müzakirə olundu, tərcüməsini, satışa çıxmasını da çox adam gözlədi, amma oxuyandan sonra demək olar ki, hamı pislədi. Ona görə gözləntimi minimuma endirmişdim.
Di gəl ki İnci oxuyub ümumən bəyəndi, bir nəfər başqa zövqdə seçici tanışım da bəyəndi. Bir kitab dostumla birlikdə oxuduq, məqsəd tamamilə zaman keçirmək, bəlkə biraz məzələnmək idi, amma zövq aldım baya.
Kitab thriller - gotik ədəbiyyat - dark academia - fantastika - mistika temalıdır.
Yəni başlayacaqsınızsa, bunun fərqində olun, bu janrlar sizə xitab etmirsə, sırf çox paylaşılır deyə vaxt itirməyin məncə.
Kitabın mənfiləri ;
1. Yazı dili. Yazıçı bol-bol təsvirlərdən istifadə edir. Ya da düşüncə axınından. Amma bu sənə nəsə ifadə etmir. Tez-tez kitablara, film və seriallara, məşhur personajlara referanslar verir, amma bunu mətnə yedirtə bilmir. Demiş olmaq üçün dediyi bəlli olur, quru qalır.
2. Tərcümə və redaktə. İthaki kitabı tez bitirib tez satışa çıxartmaq üçün mü belə edib, bilmirəm, amma nəşr bərbaddı. Hamı tərcüməyə daha fokusludu, ama məncə, əksinə. Tərcüməçi bir çox söz oyununu, bənzətməni və s mümkün dərəcədə əks etdirməyə çalışıb. Problem redaktordadır. Xam mətni demək olar ki, heç işləməyib. Korrektəyə heç girmirəm, çünki hər 3 səhifədə bir orfoqrafik səhvlə qarşılaşırdım və dırnaq işarələri demək olar ki, hər dialoqda ən az bir dəfə səhv qoyulub. Bir son oxuma etmək belə çətin idi yəni?
Kitabın sevilməmə səbəbləri ;
1. Üslubun xüsusən də dark academia / gotik ədəbiyyat / mistika, triller oxumayan oxuyucular üçün həddindən artıq yad, qəribə olması.
2. Yazıçının bir sistematika qura bilməməsi, mövzunun dağılması, bəzi xırda anlarda məntiq xətası deyə biləcəyimiz dəxlisiz nüanslar.
3. Sonluğun qeyri-dəqiq olması.
Niyəsə əksər oxucu hekayənin sonunda evlilik ya da ölüm yoxdusa, tətmin ola bilmir. Dostlar, hər əsər belə bitməli deyil və onsuz da, kiminsə evlənməsi bir hekayə üçün "sonluq" ola bilməz, həyat davam edir axı. Bəlkə, sabahsı gün avtomobil qəzasında öləcəklər? Ahahajaksks.
Qeyri-dəqiq sonluq oxucunu düşünməyə vadar edir, öz versiyalarını yaratmağa məcbur edir. Bu hekayədə hər şey duman qatının altında qalır.
Nəzərə alsaq ki, kitab birinci şəxsin dilindən yazılıb və personaj "güvənilməz anlatıcı"dır, nəyin real, nəyin yalan, nəyin uydurma olduğunu dəqiqləşdirmək çətindir... Bir nöqtədə reallıqdan tamamilə qopdum və hələ də sonda oxuduğumuz şeylərdən nə nə dərəcədə real idi, əmin deyiləm.
Bu arada, kitab həm də "dark comedy" janrdadır və bütün o gərgin, mistik aurasına, süjetinə rəğmən bir tərəfdən də əyləncəli dili var. Dəfələrlə güldürdü məni dndndndn. Gözləntisiz başlayanda bu üslubu insana zövq verir.
Nəticədə...
Potensialını tam əks etdirə bilməmiş, amma özünəməxsus aurası, üslubu olan, haqqında danışmağa dəyər romandı.
Oxuyub oxumamaq təbii ki, sizlikdi.
Kitabla qalın☆