Sarah Jio Kitabın o qədər təsiri altındayam ki,necə və hardan başlayacağımı bilmirəm.
Kitab elə ilk cümlələrindən "Oxu məni!" deyərək oxucunu özünə cəlb edir.Romanın mövzusunun mərkəzində analıq emosiyası durur.Vera ilə Klerin ağrısını,onların qorxunc sınaqlara məruz qalmasını insan realmış kimi yaşayır.
Qısa olaraq deyim ki,Sietldə Vera adlı qadın kirayə tutduğu balaca evdə 3 yaşlı balaca oğlu Deniellə yaşayır.Məcburiyyətdən işə-oteldə gecə növbəsinə gedərkən oğlunu evdə tək qoyur.Öpüb,qucaqlayıb evdən çıxır.1933-cü ilin may ayında.Səhər isə yaz fəslində şəhərə qar yağır.Elə bir qar ki,sanki qışın oğlan çağını xatırladır.Vera işdən çıxıb tələsik evə gəlir.Lakin oğlunun evdə olmadığını görür.Nə qədər axtarsa da ,axtarışları heç bir nəticə vermir.Hadisənin üstündən az qala 80 ilə yaxın vaxt keçir və yenidən may ayında Sietldə yenidən möhkəm qar yağır.Kler Oldric adlı müxbir xanım redaksiyadan qar tufanı haqqında məqalə yazmaq tapşırığı alır.Və nəhayət,Klerin möhtəşəm təhqiqatları,tükürpədici və dəhşətli hadisələrin üstünü açmağı oxucunu rahatladır.
O qədər möhtəşəm roman idi ki.Bir tərzi də çox sevdim yazarda:bir bölmədə indiki dövrdən,digər bölmədə 80 il öncəki dövrdən yazır.Və hər bölmənin sonunda oxucunu intizarda saxlamağı bacarır.
Hər kəsə xoş mütaliələr.
#böyürtkənliqış 10/10