Gönderi

9/10
·248 syf.··
2024 2. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Kasım 2024 23:36
Ağ Diş Jack London Povest bir yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir... Fikirləşsək ki, heyvanlar zərər vursa belə bunu şüursuz şəkildə edir. Bəs insanlar niyə zərər vurur? Demək ki, insanla heyvan arasındakı fərq şüur deyil, iki canlını bir-birindən fərqləndirən şey mərhəmət və sevgidir, istər heyvan istərsə də insan. Sözümü kitabda olan bir alıntı ilə bitirmək istəyirəm: " Ağ Diş mərhəmətin nə olduğunu bilmirdi, amma onun hər kəsdə ola biləcəyini düşünürdü".
1000Kitap
Ağ DişJack London · Kitab Klubu Nəşriyyatı · 201995,5bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.