·349 syf.··Beğendi
···Okunma: 14 Ocak 2025 11:11 2025-də oxuduğum ilk kitabın bu olmasına çox sevindim. Roman 2 fərqli insanın həyatından bəhs edir. Uşaqlıqda bu şəxslərin yolları kəsişsə də, həyatın keşməkeşi onları ayrı salır. Cəfər özünün, Səidə isə başqalarının onun üçün verdiyi qərarların əzabını uzun illər çəkməli olur. Kitabı ümumilikdə çox sevdim, yalnız Cəfərin sonda qızı haqqında verdiyi hökmün nə dərəcədə doğru olub olmaması sual altında qaldı mənim üçün. Buna baxmayaraq, o, ədaləti bərqərar etdiyi üçün sevdiyim obraz kimi yaddaşımda yerini aldı. Oxuyacaq olanlara xoş mütaliələr