·168 syf.····Okunma: 17 Ocak 2025 22:08 Sadə, qısa, gözəl mesajları olan bir hekayədir Azel.
Bir parabüzənin hekayəsi. Hansı ki, əksəriyyətdən fərqlənir və bəziləri tərəfindən qəbul olunmur. Amma bu, onu narahat etmir, dostlarından, babasından və özündən ibarət olan dünyası onun xoşbəxt olması üçün kifayət edir.
Azelin başqa bir xüsusiyyəti də marağıdır. Daxilində olan maraq və həmişə cavab axtardığı "niyə?" sualı onu daima öyrənməyə, kəşf etməyə sövq edir. Bununla müəllif hər birimizdə olmalı olan sorğulamaq qabiliyyətini vurğulamaq istəyib, məncə.
Ümumilikdə, kitabda bir çox həyati məsələlər çox sadə dildə, asan qəbul edilən şəkildə çatdırılır oxucuya. Bununla da hər kəsin anlaya biləcəyi, özünə dərs çıxara biləcəyi, eləcə də özünü tapa biləcəyi bir kitab ərsəyə gəlib. Şəxsən mənim "altını xəttlədiyim" çoxsaylı cümlələr oldu bu kitabda.
Kitabı tərz olaraq "Balaca şəhzadə"yə bənzətdim. Onun kimi həm uşaqlara, həm böyüklərə xitab etməsi, fərdi yanaşmasının olması, gözəl sətiraltı ifadələrinin olması, bununla belə çox anlaşıqlı yazılması kitabı hər kəsə tövsiyə edilə biləcək səviyyəyə qaldırır.