Puan vermedi·208 syf.··
2025 3. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Ocak 2025 21:51
Müəllifin Erasmusu öz sələfi kimi görməsi, ona heyranlıq duyması və ya ən azı onda özünü tapdığı üçün simpatiya duyması, fikrimcə, açıq-aşkar hiss olunur kitabı oxuyarkən. Əslində bunu daha əvvəl Zweig-ın öz avtobioqrafiyasını oxumuş olmasaydım, anlamazdım, çünki bir növ onun da xarakter cizgilərinə, xasiyyətinə, düşüncələrinə özünün rəva gördüyü qədər bələdəm artıq. Kitab digər oxuculara bəlkə də, ədəbi dillə sintez olunmuş sıxıcı tarixi araşdırma kimi gələ bilər, amma mən sanki tanıdığım bir kitabı, 2-ci dəfə, fərqli formada yenə oxudum, dejavu yaşadım. Bəlli ki, müəllif mövzu subyekti haqda kifayət qədər məlumatlıdır, qeyd olunan incəliklərdən, xırda detallardan anlaşılır bəlkə də nə qədər arxivlərdə eşələndiyi. Erasmusun əlaqədə olduğu şəxslərlə məktublarının məzmunlarıyla belə ətraflı tanışdır. Zatən öz avtobioqrafiyasından yadımda qaldığı qədərilə, Zweig pula bədxərclik etmədən tarixdə iz qoymuş şəxsiyyətlərin əşyalarından, təmas etdikləri hər şeydən kolleksiya yığmağı xoşlayırmış, demək ki, (bəlkə də) Erasmusun cızmaqaralarından da, məktublarından da nəsə əldə edə bilib. Qısacası, kitabı müəllifin keçmişlə qurduğu bir bağ, öz fikirlərinin Erasmusun fikirləriylə səsləşməsini təsdiq edirmiş kimi qəbul elədim. Əlavə olaraq, əsər tarixdən öyrəndiklərimi xatırlatdı, yeni bilgilərlə tanış oldum, vaxtaşırı kitabı saxlayıb araşdırma etməyimi sövq elədi (ki bu da kitab oxumağın ən sevdiyim cəhətlərindəndir). Tarix təkərrür edir. Zweig lost generation-ın nələr yaşadığını, hələ üstəlik avstriyalı rəssamın avropanın başına nə oyunlar açdığını görüncə Erasmus kimi sonda ümidsizliyə düçar olur, bəşəriyyətdən ümidini kəsir. Hər ikisi vətənsiz, kosmopolit kimi öldü, tək fərq odur ki, Erasmus öz əcəli ilə getdi, Zweig isə intiharla. Zweig-ın qələmindən çıxanlar həmişə hisslərə toxunmağı, insan qəlbinə sirayət etməyi bacarıb. Əsərləri yerinə görə adamla empati qurur konkret. Buna görə həm məndə, həm kitab şkafımda özünəməxsus yeri var bu müəllifin, Hemingway kimi. Təsadüfə bax, o da intiharı seçmişdi həyatdan köçməyin yolu kimi. Erasmus bilsəydi ki, gələcəkdə onun idealları, fikirlərini əsas tutan exchange program qurulacaq, bəlkə də xoşbəxt olardı :/ P.S Erasmus adını niyə azərbaycanca Erazm kimi yazıblar bilmirəm, ümumiyyətlə, niyə latın/yunan mənşəli adları tərcümə edib iyrənc vəziyyətə salmağa ehtiyac duyurlar anlamıram, gözüm qanayır hər səhifədə
Rotterdamlı ErasmusStefan Zweig · Can Yayınları · 2019834 okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.