9/10
·104 syf.··
2025 6. kitabı
·
6 saatte okudu
·
Okunma: 24 Ocak 2025 22:57
Kafkadan oxuduğum ilk kitab idi. Buna baxmayaraq qələmini sevdim. Əsəri oxuculara daha da maraqlı edən hissələrdən biri məhz ilk cümləsidir. Bununla bizdə əsərin süjet xəttinin necə olacağı sualı yaranır. Əsərin dili anlaşıqlı,axıcı idi. Bir gün səhər Qreqor Zamza yuxudan ayılarkən görür ki, həşarata çevrilib. Bundan sonra o bütün ailə üzvlərinə yadlaşır.Əslində məsələyə fərqli bucaqdan baxsaq görərik ki, Qreqor Zamzanın böcəyə döyüşməyi bir növ onun azadlığa qovuşmasını simvolizə edir. Artıq o gündəlik işlərdən azad olur. Əvvəllər ona qarşı münasibətdə müsbət olanlar artıq bu vəziyyətə düşəndən sonra onunla maraqlanmırlar. Ailəsi tərəfindən bu hal heç də xoş qarşılanmır. Təkcə bacısı onun halına yanır. Ona qulluq edir,yeməyini verir. Ancaq bu da bir müddətə kimi davam edir. Sonra o da qardaşından üz döndərir. Ailəsi onu olduğu kimi qəbullanmaqda çətinlik çəkirlər, onu cəmiyyət arasına çıxarmaqdan utanırlar. Amma buna baxmayaraq Qreqor Zamza xarici cəhətdən dəyişmişdi, daxilən isə həmişəki Qreqor idi, ailəsini sevən, onların ehtiyaclarını ödəmək üçün hər çətinliyə qatlaşan biri olaraq qalmışdı. Ancaq ki, Ailəsi onun daxilini görə bilmirdi. Bununla da yazar bizə demək istəyir ki, insanın düşüncələrini, nə yaşadığını bilmək istəyirsənsə, daxilinə baxmaq lazımdır. İnsanlara onların cəmiyyətdə daşıdığı hər hansısa statusa görə qiymət vermək böyük yanlışlıqdır.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019267,8bin okunma
·
387 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.