Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çevrilmə

Franz Kafka

Yorumlar ve İncelemeler

Tümünü Gör
104 syf.
8/10 puan verdi
·
5 günde okudu
Niyə kitab oxumalı ?
Hərdən yaxın çevrəmdəki insanlar məndən ya da ümumi olaraq soruşurlar, Kitab oxusam nə yazar oxumasam nə ?! Əslində hər nə qədər xoş səslənməsə də, bu tip "niyə"li sualları özümüzə verməkdən çəkinməməliyik. Birmənalı olaraq sevdiyiniz və ya həzz aldığınız üçün kitab oxuyuram desəniz kimsə sizi qınaya bilməz, amma gəlin suala
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
Reklam
104 syf.
·
Puan vermedi
·
4 günde okudu
Dəyərsizlik..
Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
9/10 puan verdi
·
3 günde okudu
Bir gün oyanıb özünü bir böcəyə çevrilmiş görürsən. Mənə nə olub görəsən? Sualı ətrafında çox düşünməyə macal tapmamış işə getmək təlaşına düşürsən. Bax bu xeyli düşündürür insanı. Pul qazanmaq üçün getməli olduğumuz iş həyatımızda bu qədər önəmlidir mi? Bu sual düşündürdü məni. Çevrilənə qədər hər gün ailəsinin yükünü çəkən Qreqor, çevrildikdən sonra ailəsi üçün yük olur. Çox təsirlidir :(
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
9/10 puan verdi
·
3 günde okudu
Öncəliklə Kafkanın dostu Max Brod-a minnətdarlıq hissi duyuram. Çünki Kafkanı həqiqətən sevirəm, onu özümə daha yaxın hiss edirəm. Bu əsər çox absurddur. Deməlii, Samsa birgün ayılır və özünü yatağında böcək olaraq görür. Ancaq niyə böcəyə çevrilib, bu haldan necə qurtulmalıdır deyə düşünmür. Əksinə müdürünə nə deyəcək, bacısı, ailə üzvləri görsə nə düşünəcəklər, onların pis olması üçün, işə gecikməsi üçün və sairə bu kimi şeylər düşünüb narahat olur. Əsərin absurdluğuda elə budur, Samsa özündən başqa hər şeyi və hər kəsi düşünür. Elə biz də həyatımızda bir böcəyik və çoxumuz böcək kimi yaşayır, özümüzə dəyər vermir, vaxt ayırmırıq. Bəs axı niyə? Niyə böcək olmağı seçirik? Niyə qurtula bilmirik? Ailəsi Samsanı görəndə ilk dəfə halına acıyırlar. Ancaq bir müddət sonra artıq o böcəkdən iyrənirlər. Nəhayət Samsa həyatına bir böcək olaraq son qoyur. Çox təsirləndirici və düşündürücü kitabdır məsləhət görürəm hər kəsə)))
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
Beğendi
Doğma insanların içində yalnızlığın və tənhalığın hekayəsi...
Düşünün,bir səhər yuxudan oyanırsınız.Hər şeyin yenə bir öncəki gün olduğu kimi,standart davam edəcəyindən əminsiniz,amma birdən nələrinsə qaydasında olmadığının fərqinə varırsınız.Sizi narahat edən birşey var.Oyandıqdan sonra yataqdan qalxmaq istəyirsiniz,amma bunu bacarmırsınız.Nə baş verdiyini anlamaq üçün ətrafa,öz bədəninizə göz gəzdirirsiniz.Elə bu vaxt gördüyünüz mənzərə qarşısında təəccübdən az qalır huşunuzu itirəsiniz!Yataqda uzanan,sizin bədəniniz deyil,bu nəhəng bir ev böcəyidir!!!
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
9/10 puan verdi
·
Beğendi
Frans Kafka tərəfindən 1915-ci ildə yazılmış novella. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan əsərdir. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
8/10 puan verdi
·
Beğendi
Karakteri böceğe çeviren yazıçı
Çok beğendiyim bir eser oldu. Baş rolü böceğe çevirerek nasıl böyle muhteşem bir eser oldu, bende şaşdım kaldım. Baş rolün fedakarlığını, yalnızlığını, hiss etdiklerini sadece Franz Kafka bu kadar güzel yaza bilirdi. Mutlaka okumalı olduğunuz kitaplardan biri olmalı. Herkese keyifli okumalar.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
8/10 puan verdi
·
8 günde okudu
Bəzən ailənə belə artıq olarsan
Birgün səhər yuxudan oyanıb böcək olan birisinin nələr yaşadığından bəhs edən bu kitabda anladığım əsas mesaj odur ki, öz istəyin olmadan üstünə düşən məcburi borcu, yükü yerinə gətirmədiyin halda ən doğma olan ailə belə sənə bir müddət dözəcək sonra sən onların həyatından çıxsan belə onlar bu vəziyyətə çox tez alışacaq. Insan öz başına bələd ola bilməyəcək vəziyyətə düşəndə bir heçdir. Nə qədər cəhd etsə də həmişəki kimi öz işini görməsə o, bu ucsuz-bucaqsız qaranlıq yolda daha da pisə gedəcək. Son və tək ümid yerin ailə belə olsa bəzən onlar belə sənə kömək ola bilməz.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
Reklam
104 syf.
10/10 puan verdi
·
Beğendi
Frans Kafka ilə tanışlığım bu əsərlə olub. İnsan həyatının necə mənasız və boş olduğunu göstərir. Baş rolun cəmi bir gün içərisində həyatının alt-üst olması, əzab çəkməsi - hamsı Kafkanın gerçək həyatında yaşam ilə olan mübarizəsini göstərir. Bir gün oyandıqda böcək olaraq oyansaq bəs necə olar heç düşünmüsüz?
Franz Kafka
Franz Kafka
Çevrilmə
Çevrilmə
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
9/10 puan verdi
·
3 günde okudu
Qreqor Samsa səhər duranda özünü nəhəng böcəyə çevrilən görür. Həyatı bundan sonra ağlagəlməz məcraya yönəlir. Ustalıqla yaradılan “həşarat metaforası” bizə çoxsaylı mesaj ötürür. Novella cəmiyyətin, o cümlədən ailənin fərdə yüklədiyi məcburi borcun fəsadlarından danışır. Qazanc həyat amalına çevriləndə, sosial basqı artanda insan öz içində azır və dəhşətli bir heçliklə üz-üzə qalır. İnsana dəyər verməmək cəzaların ən böyüyüdür. Əsərdə bütün bu psixoloji əzablar unikal zahiri əksini tapır.
Çevrilmə
Çevrilmə
Franz Kafka
Franz Kafka
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
·
Puan vermedi
·
Beğendi
Yazarın bir çox əsərlərində olduğu kimi bu əsərindədə özündən başqa hərkəsi düşünür. Böcəyə çevrilməsinə baxmayaraq ailəsin düşdüyü çətin vəzyəti xatırlayır və o halında belə işə gedəcəyinə söz verir. Əvəzində isə ailəsi nə edir? Onun işliyə bilmədiyini görür onu ac susuz buraxır. Və nəticədə zəifliyərək ölür. Bundan belə məna çıxarmaq olarki Qreqor ailəsi üçün işlək maşından bir fərqi yoxuydu. O işlədikcə hər şey yolunda idi. Böcəyə çevrildikdə isə heç kəsə lazım olmadı. Hətta anasına belə. Və sonda ölən Qreqoru süpürüb zibilliyə atırlar. Heç yoxmuş kimi heç yaşamamış kimi
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
·
Puan vermedi
Çevrilmə Kafka tərəfindən 1915-ci ildə yazılmış novella. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan əsərdir. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin mövzusu əsasında eyni adlı film çəkilmişdir. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Çevrilmə
Franz Kafkanın 1912-ci ildə qələmə aldığı “Çevrilmə” metofora baxımından çoxmənalı əsərdir. Franz Kafka atası ilə arası yaxşı deyildi. Ailəsi tərəfindən əzilən adam, evin içində özünü böcək kimi hiss etdiyini bu əsər ilə izah edir. Qreqor Samsa böcəyə çevrildiyini biləndən sonra da işə getməyi , ailəsi üçün pul qazanmalı olduğunu düşünür. Lakin ailəsi onu böcəyə çevrildiyini görəndə ona yaxınlaşmağa ,baxmağa, yemək verməyə çəkinirdilər.Anası onu her defe görəndə özündən gedirdi.Atası da ona zərər yetirərək ondan qurtulmaq istəyirdi. İlk vaxtlar bacısı onla maraqlanır, ona yemək gətirirdi. Lakin sonra bu vəziyyətdən bezir. Sonda böcəyin qardaşı olduğuna inanmır onun ölümünü istəyir. Qreqor Samsanın isə onlara zərər vermək niyyəti yox idi. Ailən olsa belə, əgər səndən bir xeyir görmürsə kimsənin vecinə olmursan. Bu acı gerçəkliyi Kafka möhtəşəm şəkildə izah edir.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
104 syf.
9/10 puan verdi
·
Beğendi
Frans Kafka'nın "Çevrilmə" adlı novellası, zəngin və çox mənalı bir metaforlar dünyasına sahibdir. Baş qəhrəmanın tuhaf dönüşümü, onun itaətkar oğulunu faciəvi bir həşərata çevirir. Kafka, bu əsərində bi­ranəliyin, fərdin tənhalığı və sərgüzəştliyin qarşısını alqışlayaraq insan psixologiyasının qaranlıq tərəfini göstərir. "Çevrilmə", kısa olmasına baxmayaraq, gücsüz və xaricə qarşı düşmənçilikdə olan bir insanın çəkdiyi acıları və yabancılaşmayı dərinlikli şəkildə təsvir edir.
Çevrilmə
Çevrilmə
Franz Kafka
Franz Kafka
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,6bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.