10/10
·128 syf.··
2022 4. kitabı
Ən yaxşı liderlər, ən yaxşı öyrənənlərdir! Istənilən bir xarici ölkənin təhsil sistemini olduğu kimi öz sistemimizə tətbiq edə bilərikmi? Yox. Çünki müəllifin də dediyi kimi, bu sahib olduğumuz mədəniyyət, adət-ənənənin fərqli olmasından irəli gəlir. Istənilən yaxşı xarici təhsil sistemi yerli sistemlə uyğun olmalıdır. Dəyişdirilmək istənilən o zaman gerçəkləşir ki, hər fərd o dəyişikliyə açıq olsun. Düşüncə və inanc sisteminin dəyişdiriləcəyinə hazır olsun. Üzərlərində işləməli olduqlarını, dünyanın dəyişim surətinə yalnız bu şəkildə ayaq uydura biləcəyini dərk etsin. Kitabda mūəllimin bir tədqiqatçı xüsusiyyətinə sahib olmasına, fərqli səviyyədəki şagirdlərə təhsildə ehtiyac və şəaritə uyğun fərqliləṣdirilmiş təhsilin verilməli olduğuna , edəcəyimiz dəyişikliklə müəllimlərə inanmalı olduğumuza diqqət çəkilir. Bir müəllimin akademik dərəcələrindən əlavə komanda işi, peşə sevgisi, kommunikasiya bacarığı və xarakter kimi xüsusiyyətlərin Finlandiya təhsil sistemində istənildiyi görünür və bu yumşaq bacarıqlar olmadıqda işə qəbul edilmir. Müəllimlərin bir-birinə coachluq etməsi məsləhəti də diqqə çəkən məqamlardan idi kitabda. Biz soyuq və inkişaf etmiş avropa ölkələrinin və ya güclü şərq ölkələrinin təhsil sistemini olduğu kimi mənimsəyə bilmərik. Emosional xüsusiyyətlərimiz ciddi fərqlənir. Qərbdə olan təhsil infrastruktur sistemi bizdə hələ olmadığı üçün bizim kimi ölkələrdə müəllimlərin şagirdlərlə ünsiyyəti bir az daha səmimidir, soyuqluq yoxdur. Ona görə dəyişmək üçün birinci, dəyişikliyin yavaş-yavaş olduğu bilinməli, ilk õncə insanlar özünü anlamalı , dərk etməli, daim üzərində işləməli, inkişaf etdirməli olduğunu bilməli, qarşı tərəfi obyektiv analiz etməyi və buna əsasən davranmağı, mühakiməyə tələsməməli olduğunu formalaşdırmalıdır.
2025 Okuma Raporları
Eğitimde Finlandiya ModeliPasi Sahlberg · Metropolis Yayınları · 20181,062 okunma
·
24 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.