Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

411 syf.
10/10 puan verdi
·
Beğendi
“Əqidə adamın gözünü tez tutur. Ona görə də bütün dinlər çox qana bais olub” “Kimsə səni təhqir eləyəndə cavabını ver bilirsən, mərhəmət göstərəndə isə qalırsan belə” “Adam heç inanmır ki, bir gün müharibə olacaq. Ona görə müharibə olur ki, adam inanmır. Inanmadığı üçün də hazır olmur.” “Sakitlik, ocaq, kitablar, dinclik... Əvvəllər belə şeylərə insanlar meşşanlıq kimi baxırdılar. İndi isə itirilmiş cənnət haqqında əfsanədi.” “-Düz demirəm? -Yox! -Əlbəttə, düz demirəm. -Onda düz deyirsənmiş. -Yaxşı, demək, razısan. Dörd divar arasında çox yatırıq, beləcə dönürük ev əşyasına.” “Doktor Ravikin öz nəzəriyyəsi var, Dezi. Adını da təsadüflər nəzəriyyəsi qoyub. Bu nəzəriyyəyə əsasən, həqiqətə uyğun olmayan hər şey az qala həmişə həqiqət olur.” “Xoşbəxtlik həmişə haradasa lap yaxındadır. Sadəcə, əyilib götürmək lazımdı.” “Biri var imiş, biri yox imiş. Bir dalğa var imiş. Bu dalğa hansısa dənizdəsə, məsələn, deyək ki, Kapri buxtasında bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmin qayanı beləcə sevə-sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur...və güblərin bir günü qaya tamam ovulur, uçub onun qoynuna yıxılır. -Sonrası? -Və dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə yanmağa bir qaya yoxdu. O çilik-çilik olub, özünün qucağındaca çilik-çilik olub, dənizin dibinə gedib...Bilir ki, aldanıb. Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı qaya axtarır -Dalğanın nə günahı? Qaya gərək uçmayaydı, qaya kimi qalaydı. -Dalğalar həmişə belə deyir...Hərəkətdə olan şeylər, sükunətdə olanlardan güclüdür. Demək, su qayadan güclüdür.” “Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır.” “Qadından canını qurtarmaq istəyirsənsə, ona 3-5 günlük görmədiyi bir həyat bəxş elə. Həmin həyatı yenə istəyəcək, görəndə ki, səndən bir şey çıxmır, gedib başqasını tapacaq” “Qadına ya səcdə eləmək, ya da biryolluq atmaq lazımdır. Qalanı yalan şeydir” “Mədəsi kəsilmiş kişi öldü, düz üç gün zarıdı. Daha morfi də kömək eləmirdi. Ravik də, Veber də bilirdi ki, öləcək. İstəsəydilər onu üç gün belə əzab çəkməyə qoymazdılar. Amma eləmədilər. Çünki bu dünyada bir din var idi və həmin din də bütün bəndələri sevməməyi nəsihət edir, onların əzablarını qısaltmağa qoymurdu və bir qanun da onu müdafiə edirdi.” “Bəlkə də insan sevilməkdən daha çox, başa düşülməyə möhtacdı” “Dözüm heç vaxt olmur, təkcə hər şeyə öyrəşmək mümkündü.”
Zafer Abidesi
Zafer AbidesiErich Maria Remarque · Okat Yayınevi · 1963437 okunma
·
95 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.