Puan vermedi·122 syf.··
Beğendi
·
2025 1. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ocak 2025 00:38
BAŞLANĞICDA SÖZ VAR İDİ. Yehova Tövratda belə deyirdi "Başlanğıcda söz var idi" Bütün müqəddəs kitablarda sözlər bir vasitə, insanla Tanrı arasında körpü idi. Sözlər yalnız Tanrı və insan arasında idimi? Yox əslində sözün dəyəri yalnız bunlarla məhdud deyildi. Əsrlərdən bəri yazılan o möhtəşəm romanlar, içində itdiyimiz hekayələr sözün gücünü göstərirdi bizlərə. Don Miguelin də müqavilələri bax elə bununla bağlı idi. “Sözlər”. Qədim xalqın biliklərini bizə çatdıran yazıçı sözlərin dəyərini 4 müqavilənin hər birində izzah edir. 4 müqavilə deyilsə də əslində hər biri sözlərlə bağlı idi. Ona görə də bu gün yalnızca “Söz” haqqında yazmaq istəyirəm. Gəlin indi kitabda oxuduqlarıma əsasən sözlərin gücü bizə necə və harada təsir edir nəzərdən keçirək: 1. ÖZÜNÜTƏLQİN. Ən çox özümüzə dayanmadan nəyi deyiriksə, adətən o da baş verir. Yaxud dediyimiz kimi hiss etməyə başlayırıq. Yazıçı birinci maddədə dediyi “Sözlərinə diqqət et” burada özünü göstərir. Yeri gəlmişkən son zamanlarda məhşur olan “Renesans Qanunu” kitabına da burada toxunmaq istəyirəm. Kitab daha çox inancla, daha doğrusu kainatla əlaqəli olsa da sözlərlə bağlı yazılan hissələr psixolojik faktlara dayanır. 2. SÖZLƏRİN HİPNOZ ETMƏ GÜCÜ. Sözlərin hipnoz etmə gücü vardır. Sözlərlə birini dərin bir kədərdən, düşdüyü depressiyadan çıxarmaq mümkündür. (Məsələn terapevtlər ən çox pasiyentləri sözlərilə müalicə edirlər) Ancaq eyni zamanda sözlərlə başqalarına ziyan da vura bilərsən. Manipuliyasiya etmək, və ya sözlərlə bir adamı yaralamaq bura daxildir. Bu nöqtədə yazıçı bizlərə məhz elə başqalarının mənfi ya da müsbət sözlərindən özümüzü müdafiə edə bilmək üçün belə bir maddə irəli sörür “Şəxsi qəbul etmə”. Başqalarının düşüncələri onların şəxsi təcrübələrinin nəticəsidir. Və bu yalnızca subyektiv xarakter daşıyır. Siz bundan özünüzü zehni olaraq ancaq şəxsi qəbul etməməklə qoruya bilərsiniz. 3. QƏLƏM ƏN GÜCLÜ SİLAHDIR. Qələm odlu silahdan daha təhlükəlidir. İnsanlar bir kitab oxuyaraq alim də ola bilir və eyni zamanda dünyanın ən təhlükəli insanına da çevrilə bilirsə deməli sözlərin təsiri inkaredilməzdir. Oxuduğum bir çox yazıçı artıq çoxdan sözlərin gücünün fərqinə varmışdı. Oxuduğum Bir çox kitabda sözlərin gücündən bəhs edilir. Əslində təsadüfi deyildi, sözlərin nə qədər böyük gücə sahib olduğunu ən yaxşı yazıçılar bilir. Yalnız yazıçılarmı sözlərin gücünün fərqinə varmışdılar? Əslində yox. Siyasətçilər, din adamları və s. fərqində idilər. Dinlədiyim bir podcastda belə deyirdi “Nə qədər çox kitab oxusanız artıq onlardan daha az təsirlənəcəksiniz” ( hansı podcastda dinlədiyimi çox uzun müddət keçdiyi üçün təəssüf ki, xatırlamıram ) Burada əslində onu demək istəyir ki, biz nə qədər çox mütaliə edib öyrənsək, analiz etmə qabiliyyətimi də bir o qədər artacaq və nəticədə hər yazının təsirinə düşməyəcəyik. Məsələn 17 yaşında oxuyub həddindən arıq təsirləndiyim kitab mənim üçün artıq o qədər də təsirli deyil. Çünki artıq daha çox mütaliə edərək orada “doğru” adlandırılan və ya “həqiqət” adlandırılan yazını başqa kitablardan müxtəlif aspektdən oxumuşam. Nəticə olaraq deyə bilərəm ki, tövsiyə edəcəyim kitablar arasında mütləq yer alacaqdır. Oxuyacaq olanlara xoş mütaliələr!
Felsefe ve Düşünce
Dört AnlaşmaDon Miguel Ruiz · Ötesi Yayıncılık · 202316,2bin okunma
·
176 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.