Kitabda, insanların "anlıq xoşbəxtlik" axtarışında olması, hazırkı dövrün maddi və mənəvi dəyərlərə necə fokuslandığını ortaya qoyur. Qaraqan da bu məqamları çox gözəl tərzdə əks etdirir, insanın kimlik axtarışının çətinliyini, vacibliyini vurğulayır.
Kitabı oxuyarkən sanki Qaraqanla üz-üzə söhbət edirsen, onun həyata baxışı, öz kimliyini tapa bilməyən insanların arafta qalması, cəmiyyətin təzyiqləri, insanın özünü tanıması, daxili mübarizəsi öz əksini tapır. Sadə ve axıcı olmasını bəyəndim, oxuyarkən yormur insanı ama düşündürür)