Gönderi

8/10
·120 syf.··
Beğendi
·
2025 2. kitabı
·
3 günde okudu
·
Okunma: 30 Ocak 2025 21:09
Bir kiçik hekayə daha bitdi. Əziz və Amid, onların faciəsi... Kitabın hekayəsi, insanı qəfil yanıltması çox möhtəşəm idi. Sadəcə bilmədim, tərcümədənmi ya yazıçının hekayəni "oldu-bitdi" yə gətirməsindənmi kitabın bu möhtəşəm hekayəsinə kölgə saldı. Oxumağa dəyəcək bir kitabdı, amma tərcüməyə göz yuma biləcəksinizsə. Türkçə olan kitabın diliylə öz dilimizdəki nəşri müqayisə etdikdə təsvir və nəsr dilində çox fərq vardı. Amma qısaca müəllif çox kiçik bir əsərlə insanın qəlbinə, duyğularına toxunmağı bacarıb. Amidlə Əzizin hekayəsini ötürməyə müvəffəq olub. Tərz olaraq Xalid Hüseyninin kitablarına bənzəyirdi. Portağal Bağı Larry Tremblay
Portağal BağıLarry Tremblay · Nebula Publishing House · 2023192 okunma
··
504 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Əziz Nəimi bəy, kitabın tərcüməsində orijinala sadiq qalmışıq. türk dilinə olan tərcümədə sözügedən nəşriyyatın bu qədər improvizəyə yol verməsinə biz də izah tapa bilməmişdik, amma tərcüməmizin orijinallığı və təbiiliyi ən azından öz nəzdimizdə qürur duyduğumuz şeylərdən biridir. :)
Nəimi
Gönderi Sahibi
Xoş bir şəkildə qarşılıq verdiyiniz üçün minnətdaram, Həmid bəy. 🙏 Sizi çox gözəl anlayıram və uğurunuzla bağlı olaraq nəşriyyatınızı səmimi şəkildə təbrik edir, eyni zamanda davamlı olmasını arzulayıram. Sadəcə başqa insanlar da, sizin kimi bu təhlili görür və onlarda fikir formalaşdırır deyə hər kitabda olduğu kimi obyektiv təhlil yazmağa çalışmışam. Mənim zənnimcə, əlbəttə qənaətlər və fikirlər şəxsə özəldir, əsərin türk dilində olan nəşri daha uğurlu və təbii idi. Təşəkkürlər🙏