·206 syf.··Beğendi
···Okunma: 01 Şubat 2025 20:35 Öncəliklə bildirmək istəyirəm ki, kitab olduqca axıcı idi. Oxucunu yormur, əksinə, böyük maraq doğururdu. Bütün oxuculara şiddətlə tövsiyə edirəm. Kitabı oxuyarkən cinayətkarın kimliyi ilə bağlı bir neçə fərziyyəm formalaşdı və əminəm ki, digər oxucularda da eyni hal yaşanacaq. Sonu isə həqiqətən gözlənilməz idi. Heç ağlıma belə gətirmədiyim birinin cinayətkar çıxması məni təəccübləndirdi.
Digər tərəfdən, cinayətin motivinin başqalarına dərs vermək olması məni hiddətləndirdi. Nəticədə, başqalarına dərs vermək üçün cinayət törətmək nə qədər düzgün ola bilərdi?
Cinayətkarın seçdiyi təxəllüsə gəldikdə isə bunun yerində bir bənzətmə olduğunu düşünürəm. Qısaca desəm: Oxumağa dəyər bir əsər idi!
Sonda kitabı tövsiyə edən @Zlfqarli ,çox sağol