Tahmini Okuma Süresi:
5 sa. 50 dk.
Sayfa Sayısı:
206
Basım Tarihi:
2015
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952820635
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

Ceyhun Hidayətli - Əqrəb mövsümü
Puan vermedi
İlk öncə gənc yazarımız Ceyhun Hidayətlini uğurlu romanına görə təbrik edir, yaradıcılığında uğurlar arzu edirəm. Müəllifin "Beyaz şeytan" romanını diqqətimi çəkmişdi əvvəlcədən. Tezliklə əldə edib oxuyacam. Kaş ki gənclərimizə dəstək olsalar... Dedektiv janrını hədsiz dərəcədə çox sevirəm. Agatha Christie və Sherlock Holmes'dan yazacam deyə-deyə özümüzdən ilk yazası oldum . Amanovlar (səhv etmirəmsə kitabda öz soyadım keçir,Kazımovlar,irağ olsun ) sayılıb seçilən ailədir. Qurban Amanovun yoldaşı Səkinə xanımla Nurlan, Kərim, Kamran, Nailə adında dörd övladı var. Günlərin birində Nurlan axşam saatlarında anasından 10 manat götürüb ( məbləği niyə qeyd etdiyimi izləyəndə biləcəksiz) gəzintiyə çıxır və bir daha geri qayıtmır. Nurlanın gecə qayıtmadığını görən ailə polisə müraciət edir. Təxmini 1-2 gün sonra polisdən zəng gəlir və deyilir ki şəhərin müxtəlif ünvanlarından 6 hissəyə bölünmüş cəsəd tapılıb. Sizin verdiyiniz əlamətlərə bənzəyir lakin dəqiq deyil. Qurban kişi və böyük oğlu Kərim və Kərimin ən yaxın dostu eyni zamanda iş yoldaşı Elnur dərhal tibbi ekspertizaya yola düşürlər və o səhnə ətim biz-biz oldu. Çox təsirli çəkilib həqiqətən, Kərimin qardaşının ayaqqabılarının ipini bağlaması... Xarici filmlərdə belə səhnələrə təsirlənsəm də özünümüzdə çox başqa hiss yaşadım, sanki daha ağır gəldi. Cinayətdən Qurban Amanovun düşmənlərindən,iş sahəsindəki rəqibindən şübhə etsələr də tezliklə özlərinin və müstəntiq Rauf və Kənanın sayəsində əmin olurlar ki qatil onlar ola bilməz. Yaxşı bəs qatil kim idi? Bu azmış kimi çox keçmədən Kərim iş səfəri ilə bağlı yola düşür. Quba istiqamətində gedən yolda Kərim qəzaya düşür və müəmmalı şəkildə yoxa çıxır. Onun necə olmasından xəbər almaq olmasa da qısa bir müddət sonra onun da cəsədini 6 hissəyə bölünmüş bir vəziyyətdə
İnsan ve Hayat
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
2/10
·%24 (50/206 syf.)·
İndiyə qədər oxuduğum detektiv kitablar arasında ən ən ən zəifidir deyərdim. Bəlkə də, "Əqrəb mövsümü" serialı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, amma kitab ilə onun əsasında çəkilən film və seriallar arasında yetəri qədər fərqlərin olduğunu çox görmüşük. Hər bir halda yazıçının oxucunu kitaba kilidləməsi bu cür bəsit cümlələr quraraq, reallığı hiss etdirməyəcək qədər hadisələrin hər incə detalını ard-arda qeyd etməsi ilə olmur. Kitaba 50 səhifə şans verdikdən sonra yazıçıya uğurlar arzu edib yarıda qoyuram.
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
10/10
·206 syf.··
2023 2. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Ocak 2023 23:20
Əsər hal-hazırda ekranlarda eyni adlı motivlərlə nümayiş olunan "Əqrəb mövsümü" serialını izləyərkən diqqətimi çəkdi. Serialın mövzusu o qədər maraqlı gəldi ki, bitməmiş əsəri oxumağa qərar verdim. Çox maraqlı, qeyri-adi süjet xəttinə malik dedektiv əsərdir. Əsəri bəyəndim. Hər kəsə tövsiyyə edirəm.
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
10/10
·206 syf.··
2021 26. kitabı
·
7 saatte okudu
·
Okunma: 28 Ekim 2021 06:08
Ceyhun Hidayətlinin "Əqrəb" romanı mənə çox təsir elədi.Sözün açığı bu əsəri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yazar əsərdəki qəhrəmanların duyğularını elə gözəl qələmə almışdı ki,özümü də o ailənin fərdi kimi hiss edirdim,onların yaşadıqları acını mən də yaşıyırdım.Kitabın axıcı və maraqlı olması ,onu bir göz qırpımında bitirməyimə səbəb oldu. Əsər, məşhur biznesmen Qurban Kazımovun səhvi ucbatından, iki ailənin faciəvi şəkildə dağılmasından danışır. Törədilmiş qətillərin aşkara çıxması üçün ,dedektif Kenan Orucova iş tapşırılır. Türkiyədə tanınmış olan dedektif Kenan Orucov hər bir cinayətin üstəsindən gəldiyi kimi ,bu cinayəti də aydınlaşdırır və əqrəbin əslində kim olduğunu tapır.Bunun müqabilində ,Qurban Kazımov dedektif Kenan Orucova yüklü miqdarda pul saxlayır.Yalnız Kenan Orucov həmin pula əl vurmadan birbaşa yetimlər evinə bağışlayır. Növbəti əqrəblərin yetişməməsi,oradakı uşaqların cəmiyyətimizə yararlı bir gənc kimi formalaşması üçün bunu kiçik bir yardım kimi edir. Xoş mütaliələr.
Dedektiflik ve Gizem
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Puan vermedi·206 syf.··
2023 17. kitabı
Düşünürəm ki, serial əsərdən daha uğurludur. Serialda olan dəyişikliklər əla alınıb. Güclü aktyor heyəti və məntiqi ardıcıllığın qorunub saxlanılması mükəmməl idi. Kitab isə ümumilikdə maraqlı olmasına baxmayaraq bəsit idi. ƏqrəbƏqrəb Ceyhun HidayətliCeyhun Hidayətli
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
9/10
·206 syf.··
Beğendi
·
2025 5. kitabı
·
8 saatte okudu
·
Okunma: 01 Şubat 2025 20:35
Öncəliklə bildirmək istəyirəm ki, kitab olduqca axıcı idi. Oxucunu yormur, əksinə, böyük maraq doğururdu. Bütün oxuculara şiddətlə tövsiyə edirəm. Kitabı oxuyarkən cinayətkarın kimliyi ilə bağlı bir neçə fərziyyəm formalaşdı və əminəm ki, digər oxucularda da eyni hal yaşanacaq. Sonu isə həqiqətən gözlənilməz idi. Heç ağlıma belə gətirmədiyim birinin cinayətkar çıxması məni təəccübləndirdi. Digər tərəfdən, cinayətin motivinin başqalarına dərs vermək olması məni hiddətləndirdi. Nəticədə, başqalarına dərs vermək üçün cinayət törətmək nə qədər düzgün ola bilərdi? Cinayətkarın seçdiyi təxəllüsə gəldikdə isə bunun yerində bir bənzətmə olduğunu düşünürəm. Qısaca desəm: Oxumağa dəyər bir əsər idi! Sonda kitabı tövsiyə edən @Zlfqarli ,çox sağol
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
"Əqrəb"siz cəmiyyət
7/10
·206 syf.··
2023 7. kitabı
·
25 saatte okudu
·
Okunma: 07 Şubat 2023 14:34
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
1000Kitap
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Mövzusuna çox toxunmayacam
7/10
·206 syf.··
2024 117. kitabı
Ceyhun Hidayətlinin qələmini ilk yoxlayışım. Kitabı oxumazdan öncə kitabın üzərinə çəkilmiş filmi izlədim və qərara gəlmək olar ki kitab daha əvvəl yazılsa da filmə görə çox geridə qalır. Səbəbi ondan ibarətdir ki filmə nəzərən kitabda hadisələr həddən çox sürətli inkişaf edir, onların təsirində qalmağımıza imkan vermir. Tam bu hadisəyə pis olacağıq deyirik ki başqa əhvalat baş verir və artıq öncəkinin hər hansı əhəmiyyəti qalmır bizim üçün Ümumilikdə götürsək yeni başlayanlar, yerli yazarları sevərlər üçün oxunacaq kitabdır amma qərb klassikası oxuyub üstünə bunu oxumaq çörəklə düyü yemək olar yəqin. Uğurlu əsərdir :)
NZ
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Puan vermedi·206 syf.··
2024 20. kitabı
·
12 saatte okudu
·
Okunma: 25 Ağustos 2024 10:43
ƏqrəbƏqrəb Qurban Kazımov adlı məşhur biznesmenin ailəsinin başına gələn faciələrdən bəhs edir. İlk növbədə kiçik oğulları Nurlanı faciəvi şəkildə itirən ailə cinayəti araşdırmaq üçün Türkiyədən yeni gəlmiş detektiv Kənan Orucovu bu işə cəlb edirlər. Amansız qatil isə bu cinayətlə kifayətlənmir, onun növbəti hədəfləri Qurban Kazımovun digər övladları olur. Bəs qatil kimdir? Və qəddar cinayətləri törətməkdə məqsədi nədir? Ceyhun HidayətliCeyhun Hidayətli'dən oxuduğum ilk əsərdir. Maraqlı və axıcı süjet xəttinə malikdir, belə ki, bir neçə saat, ən geci 1 gün ərzində oxuyub bitirə bilərsiniz. Müəllif əsərdəki qəhrəmanların hiss-həyəcanlarını çox yaxşı təsvir edə bilib. Hadisələrin gedişatına nəzər salsaq, çox sürətli inkişaf edir. Bu bir tərəfdən oxucunu intizarda saxlamamaq və hadisələrin nəqlini yersiz uzatmamaq üçün müsbət hal olsa da, digər tərəfdən duyğuları tam yaşamağa mane olur. Bütünlüklə əsəri bəyəndim, detektiv janrında əsərin yazılması elə də asan bir şey deyil, bu baxımdan müəllifi təqdir edirəm və ona növbəti fəaliyyətində uğurlar arzulayıram. P.s.: Əsərin motivləri əsasında "Əqrəb mövsümü" serialı çəkilib.
1000Kitap
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
9/10
·206 syf.··
2023 9. kitabı
·
19 günde okudu
·
Okunma: 16 Mart 2023 02:07
Salamlar hamıya. Son zamanlar "Əqrəb Mövsümü" serialı haqqında çox danışılır. Seriala baxmazdan əvvəl kitabı oxumaq qərarına gəldim. Öz ədəbiyyatımızdan oxuduğum üçüncü detektiv kitab oldu. Məşhur biznesmen Qurban Kazımovun kiçik oğlu Nurlan amansızlıqla qətlə yetirilir. Nurlanın meyiti altı hissəyə bölünərək şəhərin müxtəlif yerlərinə səpələnmişdir. Meyitin alnında V işarəsi cızılıb. Qatil bununla nə demək istəyir? Ümumiyyətlə meyitin şəhərin müxtəlif hissələrinə səpələnməsində qatilin məqsədi nədir? Onu belə amansız cinayətə nə vadar edib? Suallarla dolu detektiv romandır. Edilən bir səhvin nəticəsi çox dəhşətli olur. Bəlkədə bu səhv bağışlana bilərdi. Bağışlamaq olardı mı? Bu da bir sual. Mən qatilin yerinə olsam nə edərdim deyə soruşdum özümdən. Hərhalda bağışlamaq çətin olmamalı idi. Heç olmasa qatil qədər amansız, qəddar olmazdım.
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma