Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qarlar Arasında Ölüm

Ceyhun Hidayətli

Yorumlar ve İncelemeler

Tümünü Gör
222 syf.
2/10 puan verdi
·
6 günde okudu
Öncəliklə kitabı bəyənmədim. Mənə daha çox Elxan Elatlının dedektiv əsərlərini xatırlatdı. Bəzi nüanslar var ki, onlar Elxan Elatlının kitabları ilə oxşarlıq təşkil edir. Kitab ümumi açıdan gözəl yazılıb,amma daha da gözəl ola bilərdi deyə düşünürəm. Düzü oxuyarkən çox əsəbləşdim və sona çatdırana qədər sıxıldım. Türkiyədə yaşayan bir Azərbaycanlı dedektivdən bəhs edən bu kitabda, dedektiv Kənan bəy istirahətə getdiyi gəzintidə bir cinayət işi ilə rastlaşır. O bu işə nə qədər laqeyd olsa da, daha sonra işi sona çatdıracağına söz verir. İki iş adamından biri ölür (Cahit) və bütün iş digər iş adamı Alpayın üzərində qalır. Kənan Alpayı təmizə çıxarmaq üçün əlindən gələni edir. Bu sırada bir çox sirrin üzəri açılır. O sadəcə Alpayı qurtarmaqla qalmır, həmçinin üzəri qapadılan bütün sirləridə ortaya çıxarır. Bunuda qeyd etmək istəyirəm ki, hadisələr çox uzadılıb. Əsas mövzuya 70-80 ci səhifə də girilib. Bu da ürək sıxan nüanslardan biri idi.
Qarlar Arasında Ölüm
Qarlar Arasında ÖlümCeyhun Hidayətli · Yumruq Ədəbi Birliyi · 201736 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.