"..ölüm nədir ? Əslində, bircə anda sönmək, bir neçə saniyə ərzində bu dünyadan o dünyaya köçmək deyil, əksinə, çox uzun sürən, illərlə uzanan bir üzüntüdür. Elə bir üzüntü ki, insan həyatda həm olur, həm də olmur. Elə bir üzüntü ki, insanın böyüklüyü çoxdan tarixə çevrilmiş olur, ancaq elə bilir ki, hələ sağdır."