·116 syf.····Okunma: 01 Şubat 2025 20:31 Polisiyə və roman janrlarının birləşdiyi bu əsərdə hər şey adi bir qəhrəmanlıq hekayəsi kimi başlayır. Yolda hücuma məruz qalan bir qızı "xilas edən" oğlan əslində öncədən planlaşdırılmış bir ssenarinin içindədir.Əsl məqsədi isə bu qəhrəmanına çevrildiyi qızın ailəsinə daxil olub inamını qazanmaq və sonda istədiyinə nail olmaqdır.
Əsərin ən güclü personajlarından biri isə bütün bu cinayətləri ifşa etməyə çalışan obrazdır. O həqiqətə çatmaq üçün çətin bir mübarizə aparır və nəticədə oxucunu gözlənilməz bir finala aparır.
Əsər təkcə bir cinayətin hekayəsini deyil, həm də manipulyasiya, güvən və xəyanət mövzularını dərindən əks etdirir. Əgər gərginlik dolu bir roman axtarırsınızsa, oxumağınızı tövsiyə edirəm)