The scribbler

The scribbler
@C1zmaqara
waldeinsamkeit...
PDF FORMAT ƏLÇATANDIR.
Mənim qəhrəmanım olarsan?! 2 kitabı artıq pdf formatda paylaşılır. Oxumaq istəyənlər buyurub əldə edə bilər🙏🏻 Mənim Qəhrəmanım Olarsan?! 2 Ehtiram Babaşov
1000Kitap
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Tezliklə...
Hər insan bir cinayəti təsəvvür edə bilər. Amma çox az adam onu törədəcəyini düşünər. Daha azı isə törətdiyini qəbul edə bilər. Bəs sən cinayət törətmisən, amma bunu xatırlamırsansa? Bütün izlər səni göstərir, amma yaddaşın səni susqunluqla qarşılayırsa? Hətta cinayətlə bağlı yeganə şahid sənin öz beynindirsə? Onda sən özünə inanacaqsan, yoxsa faktlara?! Vicdanına, yoxsa qana batmış əllərinə?! Səninlə danışan səslərə, yoxsa susan yaddaşına?! Gördüklərinə, yoxsa görmədiyin amma hiss etdiyin bir şeyə?! İçində səssiz bir savaş başlayıb-həqiqətlə illüziya arasında. Və beynində donub qalan bir cavabsız sual: Mən qatiləm?! Ehtiram Babaşov
1000Kitap
2025-ci ili iki cızma-qara ilə yola saldım
Bu iki kitabla fikirlərimi sizə nə dərəcədə çatdıra bildiyimi bilmirəm, amma bildiyim bir şey var — ən azı buna cəhd etdim. Və bu cəhd mənə çox xoş oldu. Oxuculardan gələn geri dönüşlər isə mənə doğru yolda olduğumu hiss etdirdi. Eyni zamanda bu fikirlər öz üzərimdə daha çox işləmək üçün mənə stimul verdi. Yazmaq eşqi içimdə həmişə olub. Yazdıqlarımı kitab olaraq oxucuya çatdırmaq isə heç vaxt maddi bir ehtiyacın qarşılanması olmayıb — inanıram ki, olmayacaq da. 2026-cı ilə isə fərqli bir janrda olan yeni cızma-qaramın işıq üzü görməsi ümidi ilə gəlmişəm. Qoy 2026-cı il hər kəs üçün düşərli olsun və hər kəsi öz arzularına bir addım da yaxınlaşdırsın ✨🙏🏼
Duygu ve Düşünce

The scribbler

, bir kitabı okumaya başladı
Fərid Məhərrəmli
8/10 · 4 okunma
“Kölgə – Ölmə ölümmür” kitabı
8/10
·180 syf.··
Beğendi
·
2025 21. kitabı
·
6 günde okudu
·
Okunma: 30 Kasım 2025 20:42
"Ölərlə ölümmür, amma qalanla da yaşanmır…" - bu cümlə kitabın əvvəlində oxucunu elə bir anda tutur ki, sanki səni öz yükünə, dərdinə, hekayəsinə ortaq edir. Kölgə xanımın bu əsəri, adından da göründüyü kimi, bir az qaranlığa, bir az susqunluğa, bir az da insanın içində gizlətdiyi “kölgə”yə işıq tutur... Kitabı əldə etdikdən sonra ilk diqqətimi elə kitabın üz qabığı çəkdi: fonda daim bir qəribə sakitlik var: dəniz, gün batımı, tək qalan bir siluet… Bu görüntü təkcə üz qabığında deyil, sanki bütün kitab boyu hiss olunur. Müəllif təkliyi “romantikləşdirmir”, amma onu insanın ən sadiq yol yoldaşı kimi göstərir... Əsər boyu oxucu iç səsindən qaça bilmir. Bəzən elə olur ki, sanki müəllif heç kimin demədiyi, bir-birinə deməyə cəsarət etmədiyi sözləri yazıb. Mövzular( spoiler vermədən izah etməyə çalışacam) İtki və yoxluğun insanı necə dəyişməsi, yaşamaqla “sürünmək” arasındakı incə xətt... İnsanların içindəki "ölməyən" amma onu da ölməyə qoymayan ağrı. Unutmağın çətinliyi, xatırlamağın ağır faciəsi. Kitabda hadisələrdən çox hisslər danışır. Bəzən elə oldu ki, bir abzasda o qədər sükut oldu ki, elə bil müəllif birgə xəfifcə nəfəs alıb, sonra davam edirsən. Müəllifin üslubunu öz “cızmaqaralarıma” çox yaxın hiss etdim. Kölgənin xanımın yazı dili sadə, amma çox təsirli idi. Müəllifin metaforaları çox yerindədir: nə artıq, nə də göstərmək üçün yazılmış. Sadəcə hər dəfə kimin danışdığını xatırlatmağı oxucunu yorur bəzən.. Kitab oxucunu məncə ağlatmağa məcbur etmir, amma elə yerlərdə ürəyi sıxır ki, bilirsən: bu sənin acın olmasa da, tanış bir ağrı kimidir. Bəzən insanı öz itkilərinə qaytarır, bəzən həyatında özünə etiraf etmədiyin boşluqları görə bilirsən... Bu kitabı oxuyandan sonra hiss edirsənki: Ölənlə ölünmür, amma bəzən elə anlar olur ki, yaşamaq da sadəcə vərdiş olur...
1000Kitap
Ölənlə ÖlünmürKölgə · Kitab Çapı Nəşriyyat · 202527 okunma