Gönderi

9/10
·116 syf.··
Beğendi
·
2025 4. kitabı
·
2 saatte okudu
·
Okunma: 01 Şubat 2025 09:34
Ehtiram Babaşovun "Mənim Qəhrəmanım Olarsan?!" kitabı duyğulara toxunan və oxucunu düşünməyə vadar edən bir əsərdir. Kitabı oxuyanda hiss edirsən ki, müəllif təkcə bir hekayə danışmır, həm də öz iç dünyasını açır. Ana itkisi kimi ağır bir mövzuya toxunması, insanın keçirdiyi daxili mübarizələri və bu mübarizədə qəhrəman axtarışını göstərməsi əsəri daha təsirli edir. Müəllifin dili olduqca sadə və axıcıdır. Sanki bir dostun sənə öz həyat hekayəsini danışır və sən də onu səssizcə dinləyirsən. Kitabda bəzi yerlər var ki, insanı düşündürür – biz həqiqətən öz həyatımızın qəhrəmanıyıqmı, yoxsa kiminsə qəhrəmanına ehtiyacımız varmı? Əlbəttə ki,əsərdə də deyildiyi kimi hər kəsin həyatında qəhrəman kimi gördüyü biri olur,kimin atası,kinim anası,kiminin isə qardaşı və s. Hekayədə bəzi məqamlar daha dərindən işlənə bilərdi, amma bu, kitabın səmimiliyini azaltmır. Əsas odur ki, oxucu oxuyanda hiss edir ki,– bu, yazılmış bir roman deyil, yaşanmış bir hekayədir. Və bəlkə də, ən təsirli cəhət də elə budur. Tövsiyyə üçün @Zlfqarli sizə minnətdarlığımı bildirirəm
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202548 okunma
··
871 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Təşəkkür edirəm belə səmimi və ürəkdən gələn bir incələmə üçün, az da olsa müəllif sözlərinə girmədən oxucunu obrazın öz dilində düşünməyə vadar etmişiksə nə xoş bizə) əgər belə maraq cəlb etsə kitabın 2-ci hissəsidə gələcək)) bir daha vaxt ayırıb oxuduğunuz üçün təşəkkürlər...
B
Gönderi Sahibi
Xoşdur, ikinci hissəni səbirsizliklə gözləyəcəm
B PDF varmı və necə əldə etmək olar?
B
Gönderi Sahibi
Sizə göndərmək istədim,mesaj qutunuz bağlı idi. Açıq olması üçün takibləşməliyik
Oxuduğun üçün təşəkkür edirəm🌸