Gönderi

9/10
·208 syf.··
Beğendi
·
2025 14. kitabı
·
6 günde okudu
·
Okunma: 07 Şubat 2025 09:20
Nəimi Qarmaqarışıq Birinci, deyim ki, spoiler ola bilər :) Romanı oxumayanlara tövsiyə edəcəyim kitablardan oldu. Bəzən biz kitablarda yersiz uzantılara, təsvirlərə rast gəlirik, amma bu kitabda belə bir şey məni narahat etmədi. Hadisələr insanı həyəcanda saxlayır və onun uzaqlaşmasına imkan vermir (mən belə hiss etdim). Oxuyan elə istəyir ki, oxuyub tez bitirsin, işlərin nələrlə sonlanacağını görsün. Bunu da deyim ki, kitabı oxuyanda müəllifin E.Elatlını oxuduğu hiss olunurdu. (Pisləmirəm, əgər hiss edirəmsə, deməli Elatlının qələmi ilə özüm də tanışam :D) Romanda müasir həyatın gerçəkliklərinə də toxunulmuşdur və bu toxunuşlar, ötürdüyü mesajlar mənim çox xoşuma gəldi. Eyni zamanda kitabı oxuduqca elə bil ki, hisslər aləmini gəzirsən; bir kövrəlirsən, bir həyəcanlanırsan, sonra kədər, sonra gülüş.... belə davam edir. Romanda ən çox mənə təsir edən hissə bura idi-> #265250387 Həə, gələk bir məsələyə. Fərid romanda ən sevdiyim obraz oldu. Guya ağlımda tutmuşdum ki, müəllifə deyim, gələcək əsərlərində mütləq bu obrazdan istifadə eləsin. Heyif, qismət olmadı, Fəridin faciəsi imkan vermədi buna :( Təriflədim, indi keçim tənqidə )) Birincisi, kitabın adı defislə yazılmalı idi. Romanın özünü oxuyanda da xətalarla qarşılaşırsan, sözlərin yazılışında, durğu işarələrində və s. Məncə, redaktə edən olmadığı üçün bu hallar baş verib. Kitabda da ad qeyd olunmamışdı bu barədə. Ümid edirəm ki, gələcəkdə bunlara diqqət yetirər, düzəltməyə çalışarsız. Sizə fəaliyyətinizdə uğurlar Həə, Qarmaqarışıq -ı pdf-dən oxuduq, indi qaldı #k:475888.
1K
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
··
829 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Vaxtınızı sərf etdiyiniz üçün minnətdaram, bəyənməyinizə də ayrı şad oldum🙏🙏🙏 iradlarınız mütləq nəzərə alınacaq. İkinci kitabda görüşmək diləyi ilə...
Çox gözəl. Təki vaxtım belə şeylərə sərf olunsun😊